Icma.az
close
up
RU
İrəvana səfər edən nümayəndələrimiz hansı məsələləri müzakirə ediblər? Fərhad Məmmədovdan AÇIQLAMA

İrəvana səfər edən nümayəndələrimiz hansı məsələləri müzakirə ediblər? Fərhad Məmmədovdan AÇIQLAMA

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, 21-22 oktyabr tarixlərində İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında ikitərəfli dəyirmi masa keçirilib.
 

Məlumata görə, görüşdə avqustun 8-də Vaşinqtonda əldə olunan nəticələrin əsasında formalaşan sülh gündəliyi və xalqlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbirləri müzakirə olunub. Tərəflər Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı yolları və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri ilə bağlı da fikir mübadiləsi aparıblar.


Dəyirmi masada Azərbaycan tərəfini Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil isgəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva təmsil edib. Erməni tərəfindən isə Areq Koninyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan iştirak edib.
 

MÖVZU İLƏ BAĞLI:
İrəvanda Ermənistan və Azərbaycan nümayəndələri arasında dəyirmi masa KEÇİRİLDİ - FOTO


Görüş iştirakçılarından biri - Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov müzakirələrlə bağlı fikirlərini Bizim.Media ilə bölüşüb.
O, prosesin baş tutmasına hökumətlər səviyyəsində dəstək verildiyini bildirdi:
“Bu görüş vətəndaş cəmiyyəti nümayəndələri arasında keçirilən bir görüş idi. Həmin görüşə hökumətlər səviyyəsində də dəstək verilib. O mənada ki, hər iki hökumət təşkilatçılıq baxımından prosesin baş tutmasına səy göstərib. Son 25-30 il ərzində ilk dəfə idi ki, Azərbaycan Hava Yollarına məxsus təyyarə Ermənistan paytaxtına eniş edib. Onsuz da müəyyən beynəlxalq tədbirlər, xarici təşkilatların təşkil etdiyi müzakirələr çərçivəsində Ermənistandan olan ekspertlərlə görüşürük”.
Politoloqun fikrincə, bu görüşün sırf ikitərəfli formatda baş verməsi mühüm addım idi:
“Burada isə hər hansısa bir üçüncü tərəf prosesin baş tutmasına nə təşkilatçılıq edib, nə təşəbbüs göstərib, nə də həmin məkanda iştirak edib. Vaşinqton görüşündə imzalanan birgə bəyanatdan sonra artıq elə bir mühit formalaşıb ki, hökumətlər qarşılıqlı addımlar atır. Müəyyən dərəcədə birgə fəaliyyət təmin olunur. Elə bir tarixi şərait formalaşıb ki, artıq vətəndaş cəmiyyəti, ekspertlər, media səviyyəsində də müəyyən dərəcədə müzakirələr və birgə fəaliyyətin təşkili aktual olub. Belə olan halda mövcud dövr qiymətləndirilərək, bu cür addım atıldı”.
Həmsöhbətimiz qeyd etdi ki, görüşdə geniş spektrli məsələlərə toxunublar:
“Müzakirələrdə iştirakçılar Ermənistan və Azərbaycan arasında sülh prosesinin perspektivləri, humanitar məsələlər, normallaşan münasibətlər şəraitində iqtisadi və logistik imkanlar və gələcək etimad quruculuğu tədbirləri də daxil olmaqla, hər iki cəmiyyəti maraqlandıran geniş spektrli məsələlərə toxunublar. Habelə qrup tərəfindən birgə fəaliyyət planlarının və perspektivlərinin işlənib hazırlanmasına xüsusi diqqət yetirilib.Tədbirin sonunda qrup qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və regionda davamlı sülhün əldə olunmasına yönəlik birgə təşəbbüsləri davam etdirməyə hazır olduqlarını bir daha təsdiqlədi”.
Fərhad Məmmədov bu formatın davamlı olacağına ümid edir:
“Belə görüşlərin təşkili artıq normaya çevriləcək. Diplomatik, iqtisadi səviyyədə olduğu kimi, vətəndaş cəmiyyətinin dialoqu səviyyəsində də ikitərəfli format qorunub saxlanılacaq”.
Rüfət Sultan, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Oktyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri