Qazaxıstan və Özbəkistan liderləri Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədini imzalayıblar
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Qazaxıstan və Özbəkistan liderləri Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyev Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədini imzalayıblar.
AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkə bu sənədin imzalanması ilə ABŞ Prezidenti Donald Trampın təşəbbüskarı olduğu Sülh Şurasının təsisçi-üzvü olub. Kasım-Jomart Tokayev Davosa səfəri ərəfəsində Astananın Qəzzada sülhün və Yaxın Şərqdə sabitliyin tərəfdarı olduğunu bəyan edib.
Özbəkistanın rəsmi UZA agentliyi isə bildirib ki, Prezident Şavkat Mirziyoyev ABŞ Prezidenti Donald Trampın Qəzza Sülh Şurasına qoşulmaq təklifini məmnunluqla qəbul edib və yanvarın 22-də bu mühüm sənədi imzalayıb. Agentlik diqqətə çatdırıb ki, Özbəkistan lideri Davosda amerikalı tərəfdaşlar ilə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələsini də müzakirə etmək niyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 22 Yanvar 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















