Icma.az
close
up
RU
İrəvanda “60 kənd boşaldılır” panikası

İrəvanda “60 kənd boşaldılır” panikası

News24 saytına istinadən Icma.az xəbər verir.

Ermənilər həyəcanla deyirlər ki, liderlər Əbu-Dabidə 300 min azərbaycanlının mərhələli şəkildə qaytarılmasına razılaşıblar; Zəngəzur dəhlizi açılan kimi proses başlana bilərmi?

Ermənistanın “168.am” nəşri Əbu-Dabidə baş tutan İlham Əliyev-Nikol Paşinyan görüşü haqda sensasion iddia ilə çıxış edib. Nəşr Ermənistan parlamentinin keçmiş üzvü Naira Zöhrabyana istinadən yazıb ki, Əliyev və Paşinyan Əbu-Dabidə 300 min azərbaycanlının mərhələli şəkildə Ermənistana qaytarılması barədə razılığa gəliblər. 

Bu mövzuda erməni politoloq Artur Xaçikyan isə qeyd edib ki, azərbaycanlıları Ermənistanda yerləşdirmək üçün ən azı 60 kənd lazımdır. Onun sözlərinə görə, Ermənistanda bu qədər boş kəndin olduğu məlum deyil: “İkincisi, bu adamlar Ermənistanda mülk sahibi olacaqlar və keçmişdəki mülklərini də tələb etməyə başlayacaqlar. Ardından Zəngəzur dəhlizi açılacaq və bununla da Azərbaycanın sərbəst hərəkəti start götürəcək”.

Erməni nəşri yada salır ki, bundan öncə Ermənistan parlamentinin sədri Alen Simonyan 300 min azərbaycanlının qayıdışını mümkün hesab edib: “Gürcüstanda ermənilər necə yaşayırsa, azərbaycanlılar da burada, bizim torpağımızda yaşayacaqlar. Onlar yerləşəcəklər və bu qədər”.

Başqa bir erməni nəşri “Fakt” isə yazıb ki, “2 milyona yaxın əhalinin olduğu ölkədə 300 min azərbaycanlı ciddi təhlükədir”.

İrəvanda belə bir həyəcan və panikanın hiss olunduğu vaxtda, Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış mövzusunda keçirilən beynəlxalq konfrans iştirakçılarına məktubunda bu sitatı xatırlamaq yerinə düşər: “Xüsusi olaraq vurğulamaq istərdim ki, qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir. İnanırıq ki, qərbi azərbaycanlılar təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacaq və bölgədə davamlı sülh bərqərar olacaqdır”.

Qeyd edək ki, 1918-1991-ci illər arasında üç dalğa üzrə həyata keçirilmiş etnik təmizləmə nəticəsində azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi faktı indi beynəlxalq hüququn predmetinə çevrilməkdədir. Qarabağın işğaldan qurtuluşundan sonra Qərbi Azərbaycana qayıdış mövzusu daha çox aktuallaşıb. İşğal probleminə görə bu məsələ bir o qədər də gündəmdə deyildi. 44 günlük müharibənin yaratdığı reallıqlar bölgədə yeni bir mənzərəyə səbəb olub. Hazırda dəhlizin açılması, qayıdışın təminatı kimi Ermənistanın öhdəlikləri var.

Ancaq bu necə baş verə bilər? Ermənilərin isterikası əsaslıdırmı? Hazırda Qərbi Zəngəzura qayıdış üçün bütün imkanlar varmı? Çünki söhbət əsrlərlə düşmən olan iki xalqın birgəyaşayışından gedir. Eyni zamanda bu məsələdə ermənilərin də Qarabağa qayıdışı sinxronluq təşkil edir. Bu mənada proses necə inkişaf edə bilər?

Üstəlik, o dövrdə 24 rayonda azərbaycanlılar yaşayırdı. Ermənistan dövlətinin indi 300 min nəfəri məskunlaşdırmaq üçün potensialı olmalıdır. Həmçinin təhlükəsizliyin təminatı ən mühüm məsələdir. Çünki birgəyaşayış dönəmində tez-tez konfliktlər meydana çıxa, gərginliklər yarana bilər. Bu da bölgədə sülhməramlı, yaxud Azərbaycanla Ermənistanın birgə patrul xidmətini aktuallaşdıra bilər. Ona görə də suallar və qeyri-müəyyənliklər çoxdur.

Züriyə Qarayeva: “Azərbaycan artıq enerji idxalçısı deyil, regional gücə  çevrilib”

Qərbi azərbaycanlı siyasi ekspert Züriyə Qarayeva “Yeni Müsavat”a bildirib ki, bəli, Zəngəzurda bu barədə tez-tez danışırlar, ermənilər azərbaycanlıların qayıdacağını gözləyirlər: “Onlar yaxşı bilirlər ki, Qərbi Zəngəzurda demoqrafik üstünlük azərbaycanlılara keçəcək. Ona görə indidən narahatdırlar. Amma paralel şəkildə təbliğat aparılır ki, guya Azərbaycan Ordusu bölgəyə daxil olacaq. Bu, əhalidə qorxu yaratmaqdır. Cənab Prezident bəyan edib ki, ora tanklarla deyil, avtobuslarla qayıdacağıq”.

Z.Qarayeva qeyd edib ki, Qərbi Zəngəzura qayıdış böyük bir konsepsiyadır və Ermənistan azərbaycanlıların yurd-yuvasına dönüşünü təmin etməlidir. Onun fikrincə, buna qədər isə Zəngəzur dəhlizinin açılması reallaşmalıdır: “Hazırda koridorun hansı rejimdə və nəzarət altında fəaliyyət göstərməsi müzakirə edilir. Ermənistan əvvəllər bu məsələdən yayınırdı. İndi heç olmasa müzakirəsi gedir. Əbu-Dabi danışıqlarında masadakı əsas mövzulardan biri də bu olub. O baxımdan, əvvəlcə dəhliz işə düşməli, sonra qayıdış müzakirə olunmalıdır. Şübhəsiz ki, zaman tələb edən prosesdir. Nəzərə alaq ki, bunun siyasi tərəfi ilə yanaşı digər aspektləri də var. Yəni birgəyaşayışa hazır olmaq, idarəçilik modeli, işlə təminat, qərbi azərbaycanlıların Ermənistanda seçkilərdə iştirakdan tutmuş digər məsələlərə qədər. Hər bir halda, Ermənistanda panika var və günün birində qayıdışın olacağını başa düşürlər. Çünki bizim haqqımızdır”.

İlyas Hüseynov: Partiyamızın namizədi kimi növbəti seçkilərdə iştirak edəcəm

Siyasi təhlilçi İlyas Hüseynov da hesab edir ki, Azərbaycanın  gündəliyində ata-baba yurdlarından qovulmuş qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı prioritet məsələ olaraq qalır. Onun qənaətinə görə, sülh danışıqları zamanı qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı məsələsinin də gündəmə gətiriləcəyi istisna olunmur: “Əvvəllər bu məsələ əsasən Qarabağa ermənilərin qayıdışı kontekstində qarşı tərəfin diqqətinə çatdırılırdı. Lakin bu gün Qərbi Azərbaycan ideyası və qərbi azərbaycanlıların qayıdışı tezisi getdikcə daha da aktuallaşır. Son olaraq, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən zirvə toplantısında cənab Prezidentin proqram xarakterli çıxışı zamanı da qərbi azərbaycanlıların hüquqları məsələsinə xüsusi diqqət yetirilməsi bunu bir daha göstərdi. Bu, onu deməyə əsas verir ki, qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı Azərbaycanın siyasi gündəliyində mühüm yer tutur və bu məsələnin əhəmiyyəti getdikcə artır. Qarşıdakı dövrdə Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi baxımından qərbi azərbaycanlıların hüquqlarının və onların təhlükəsiz, ləyaqətli şəkildə geri qayıdışının Ermənistan tərəfindən təmin olunması məsələsi müzakirə predmetinə çevrilə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 İyul 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri