Icma.az
close
up
RU
Zəngəzurda 60 kənd boşaldılır: Azərbaycanlılar geri qayıdır Razılığa gəliblər

Zəngəzurda 60 kənd boşaldılır: Azərbaycanlılar geri qayıdır Razılığa gəliblər

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın “168.am” nəşri Əbu-Dabidə baş tutan İlham Əliyev-Nikol Paşinyan görüşü haqda sensasion iddia ilə çıxış edib. Avtosfer.az “Bizim.Media”ya istinadən xəbər verir ki, nəşr Ermənistan parlamentinin keçmiş üzvü Naira Zöhrabyana istinadən yazıb ki, İlham Əliyev və Paşinyan Əbu-Dabidə 300 min azərbaycanlının mərhələli şəkildə Ermənistana qaytarılması barədə razılığa gəliblər.

Bu mövzuda erməni politoloq Artur Xaçikyan isə qeyd edib ki, azərbaycanlıları Ermənistanda yerləşdirmək üçün ən azı 60 kənd lazımdır.

Onun sözlərinə görə, Ermənistanda bu qədər boş kəndin olduğu məlum deyil:

“İkincisi, bu adamlar Ermənistanda mülk sahibi olacaqlar və keçmişdəki mülklərini də tələb etməyə başlayacaqlar. Ardından Zəngəzur dəhlizi açılacaq və bununla da Azərbaycanın sərbəst hərəkəti start götürəcək”.

Erməni nəşri yada salır ki, bundan öncə Ermənistan parlamentinin sədri Alen Simonyan 300 min azərbaycanlının qayıdışını mümkün hesab edib:

“Gürcüstanda ermənilər necə yaşayırsa, azərbaycanlılar da burada, bizim torpağımızda yaşayacaqlar. Onlar yerləşəcəklər və bu qədər”.

Başqa bir erməni nəşri “Fakt” isə yazıb ki, “2 milyona yaxın əhalinin olduğu ölkədə 300 min azərbaycanlı ciddi təhlükədir”.

Qeyd edək ki, Ermənistanın 300 min azərbaycanlının geri qayıdışından qorxmasının bir neçə əsas siyasi, demoqrafik və ideoloji səbəbi var. Bu qorxu təkcə real təhlükə kimi deyil, həm də Ermənistanın daxili siyasi mühitində formalaşmış tarixi və psixoloji travmaların təzahürüdür.

1988–1991-ci illərdə, SSRİ-nin süqutundan əvvəl və Qarabağ münaqişəsinin kəskinləşdiyi dövrdə Ermənistandan 300 minə yaxın azərbaycanlı zorla deportasiya edilib. Bu insanlar İrəvan, Göyçə mahalı, Qaraqoyunlu dərəsi, Zəngəzur mahalı və digər bölgələrdə əsrlərlə yaşamışlar və orada tarixi kəndləri, mədəni irsləri mövcud olub.

Bu köç həm fiziki zorakılıqla, həm də ideoloji təzyiqlərlə müşayiət olunub. Ermənistanda həmin vaxtlar “monoetnik dövlət” ideyası getdikcə güclənib və bu, azərbaycanlıların qayıdışına qarşı ictimai müqavimətin təməlini qoyub.

Deməli, əgər bu 300 min nəfər öz doğma yurdlarına – Ermənistana – geri dönsə, bu, İrəvanın beynəlxalq ictimaiyyət qarşısında etnik təmizləməni faktiki olaraq etiraf etməsi demək olacaq.

Bu isə Ermənistana qarşı hüquqi iddiaların artmasına, qaçqınların kompensasiyası və əmlakın qaytarılması ilə bağlı təzyiqlərə, Ermənistanın “qurban millət” narrativinə ciddi zərbə vuracaq addım kimi dəyərləndirilə bilər.

Yeri gəlmişkən, 300 min azərbaycanlının geri qayıdışı Ermənistanın ümumi əhalisinin təxminən 10%-nə bərabərdir. Bu, ölkədəki etnik və dini kompozisiyanı dəyişə bilər.

Çünki hazırda Ermənistan monoetnik (demək olar ki, 99% erməni) bir dövlət kimi mövcuddur. Azərbaycanlıların geri dönməsi həm siyasi seçkilərdə, həm də sosial həyatın digər sahələrində ciddi struktur dəyişiklikləri yarada bilər.

Azərbaycanın mövqeyinə görə 300 min azərbaycanlının geri qayıdışı onların təbii hüququdur. Ermənistandakı qədim türk-müsəlman irsinin qorunması və yaşadılması üçün bu dönüş vacibdir. Bu, həm də regional barış və uzunmüddətli sabitlik üçün sınaq olacaq.

Ermənistanın bu qayıdışdan qorxusu onun öz daxilindəki ideoloji dayanıqsızlığı, keçmişlə üzləşə bilməməsi və etnik fərqliliyə dözümsüz yanaşmasından qaynaqlanır. Azərbaycanlıların qayıdışı isə sadəcə demoqrafik deyil, həm də tarixi, siyasi və mənəvi ədalətin bərpası olardı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 İyul 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see171

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see155

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see140

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri