Icma.az
close
up
RU
İrəvanda ara qarışır Paşinyan Moskvanın 200 illik tarixini belə dağıdacaq

İrəvanda ara qarışır Paşinyan Moskvanın 200 illik tarixini belə dağıdacaq

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Ermənistan Baş naziri Nikol Paşinyan və kilsə arasındakı gərginlik yeni mərhələyə keçid edib. Hazırkı qarşıdurmanın nəticələri İrəvanın siyasi rəqibləri üçün də maraqlıdır. Bəzi ekspertlərin fikrincə, əgər kilsədə aparılacaq struktur və idarəetmə islahatları uğurla həyata keçirilərsə, bu, Paşinyanın mövqeyini möhkəmləndirəcək, rəqiblərinin zəifləməsinə, hətta siyasi arenadan tamamilə çıxmasına səbəb olacaq.

İrəvanda kilsə-hakimiyyət qarşıdurması necə yekunlaşacaq? Paşinyan istədiyinə nail ola biləcəkmi?

Globalinfo.az-a danışan politoloq Fərid Şəfiyev hazırda ilkin mərhələnin şahidi olduğumuzu bildirib:

“Kilsə Ermənistanın təkcə daxili məsələsi deyil. Bu institut min ildən artıqdır ki, fəaliyyət göstərir. Üç mədzinin son 200 illik tarixi isə Rusiyaya bağlıdır. Rəsmi Moskva Cənubi Qafqazı işğal etdikdən sonra üçmədzinlə təmaslara girdi və bu əlaqələr bu gün də davam edir. Digər bir aspekt diaspora ilə bağlıdır. Erməni kilsəsi mübarizəsi bəlkə də daha zəif məsələdir. Bu prosesin arxasında həm də diaspor dayanır. Yəni Paşinyan-kilsə gərginliyi, həm Paşinyan-Rusiya, həm də Paşinyan-diaspor qarşıdurması hesab olunur. Kilsə hazırda bunun görünən tərəfidir”.

Fərid Şəfiyev

Politoloq qeyd edib ki, Ermənistan baş naziri bu gün kilisənin müstəqilliyini dəyişmək istəyir:

“Erməni kilsəsi, hətta SSRİ dövründə belə müstəqilliyini qoruyub. Paşinyanın addımları, təbii olaraq qarşıdurma yaradır. Bu baş tutsa, həm kilsə, həm də Ermənistan tarixində dönüş ola bilər. Görünən odur ki, hələlik baş nazir buna nail ola bilir. O yəqin ki, katalikosu dəyişə biləcək, amma yeni katalikosun təyin edilməsində nə qədər aktiv olacağı məlum deyil”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 İyul 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri