Icma.az
close
up
RU
İrəvanda Moskvanın hərbi mövcudluğu

İrəvanda Moskvanın hərbi mövcudluğu

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qətiyyət, yoxsa ziddiyyət?

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamə imzalananda və həmin sənədin əsas qayəsinin “Tramp marşrutu” (TRIPP) olduğu açıqlananda, Rusiya rəsmiləri marşrutun keçəcəyi ərazilərdə ölkələrinə məxsus hərbi birləşmələrin olduğunu xatırlatmışdılar. Təsəvvür edin, bir dövlətin silahlı qüvvələrinin təmsilçiləri başqa dövlətin torpağındadır və həmin başqa dövlət hansısa layihə reallaşdırmaq istəyərkən, “mən də varam” mesajı ilə üzləşir. Əslində, absurd durum yaranır. Amma nə edək ki, müstəqil Ermənistanın bəxtinə bu aqibət yazılıb və rəsmi İrəvan 2018-ci ildən başlayaraq vəziyyətin aradan qaldırılması istiqamətində müxtəlif cəhdlər göstərsə də, problem həll olunmur. Amma…

Bəli, Ermənistan rəhbərliyi ölkə ərazisində rus hərbi mövcudluğunun anormallığını anlayır və müxtəlif gedişlərlə həmin mövcudluğu aradan qaldırmaq istiqamətində işlər görür. Məsələn, məlumdur ki, artıq İrəvanın “Zvartnots” hava limanında Rusiya sərhədçilərinin varlığına son qoyulub. Ümumən isə İrəvan iqtidarının bu məsələdə Kremli qıcıqlandırmaq istəmədiyi aşkar görünür. Baş nazir Nikol Paşinyan administrasiyası “nə şiş yansın, nə də kabab” prinsipinə uyğun davranır. Əlbəttə, obrazlı desək, kabab üçün şişi qurban verməyə dəyər.

Beləliklə, bir neçə gün əvvəl Ermənistanın müxtəlif media orqanları ölkə rəhbərliyinin Türkiyə ilə sərhəddə yerləşən Axurik zastavasındakı keçid məntəqəsindən Rusiya sərhədçilərinin çıxarılması barədə qərar qəbul etdiyinə və orada bayraq dirəyinin quraşdırıldığına dair xəbər yaymışdılar. Məlum olduğu kimi, müstəqillik illərindən başlayaraq, Ermənistanın Türkiyə ilə sərhədlərini də rus hərbi kontingenti qoruyur. Söhbət həm də Gümrüdəki 102-ci Rusiya hərbi bazasından gedir.

Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması məsələsi, ümumən, İrəvan–Moskva münasibətlərinin hazırkı mənfi trayektoriyasına bir qədər boz çalarlar gətirsə də, Paşinyan iqtidarı qətiyyətli davranmalıdır. Axı ortada TRIPP söhbəti var. Yeri gəlmişkən, Rusiya tərəfi bu yaxınlarda TRIPP layihəsinə qoşulmaq istəyini açıqlayıb. Bu açıqlamada əvvəllərdə olduğu kimi, rus hərbi mövcudluğunu yada salmaq ritorikası yoxdur. Görəsən, Moskva ənənəvi jandarm ampluasına dəyişiklik edir? İnanmaq çətindir. Çünki Kremlin TRIPP-də fundamental iştirakçılıqla bağlı hansısa strategiyası istisnadır. Hər halda, belə bir strategiya olsaydı, Rusiya rəsmiləri müvafiq açıqlamalar verərdirlər. Deməli, necə deyərlər, torbada pişik var.

Onu da deyək olar ki, Rusiyanın Cənubi Qafqazda ən mühüm siyasi proseslərin fəal adekvat iştirakçısı qismində qalmaqla kifayətlənməsi ehtimalı azdır. Heç şübhəsiz, Moskva ABŞ və digər maraqlı tərəflər kimi, iqtisadi fayda əldə etməyi planlaşdırır. Məsələ həmin faydanın hansı ölçüdə olmasındadır. Loru dildə desək, Rusiya özü üçün nə istəyir? Həmçinin ölkənin başqalarına nələrin olmasını istəməməsi də önəmlidir. Axı Moskvanın Ermənistandakı mövqeləri xeyli zəifləyib. Düşünmək olar ki, Kreml bu zəifliyi məhz TRIPP vasitəsilə aradan qaldırmağa çalışacaq. Çox güman, layihədə iştirakla bağlı Rusiya tərəfinin açıqlamaları məhz bundan qaynaqlanır.

Məlum olduğu kimi, TRIPP özündə regional kommunikasiyaların açılmasının geniş spektrini birləşdirir. Yəni məsələ yalnız vacib və Azərbaycan üçün önəmli komponent olan Naxçıvana maneəsiz yolda, Zəngəzur dəhlizinin işə düşməsində deyil. Duruma geniş yanaşaraq, deyək ki, Türkiyə tərəfi artıq Ermənistanla sərhəddəki Marqara keçid məntəqəsi ərazisində tikinti işlərinə başlayıb. Buna dair xəbərlərlə Axurik zastavasından Rusiya sərhədçilərinin çıxarılması qərarı ilə bağlı məlumatların paralelliyi diqqət çəkməkdədir. Deməli, Ermənistan–Türkiyə sərhədinin açılması planı var və Ankaranın sərhəddə üçüncü tərəfi, yəni rus hərbçilərini görmək istəməməsi kimi haqlı durumun yaranması mümkündür.

Ümumən, ötən il avqustun 8-də imzalanmış Azərbaycan–Ermənistan Birgə Bəyannəməsindən sonra Ankara–İrəvan münasibətlərinin tənzimlənməsi üçün zəmin formalaşıb və Paşinyan administrasiyası iki dövlət arasında sərhədlərin açılmasının fəal təbliğatını aparır. Hətta o qədər fəal təbliğat aparır ki, bəzən sərhədlərin Zəngəzur dəhlizindən əvvəl açılacağına dair təəssürat da yaradır. Amma bu təəssüratın Türkiyə rəsmilərinin açıqlamaları ilə sıradan çıxdığı məlumdur. Açıqlamaların məzmunu isə belədir: Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmayana, Zəngəzur dəhlizi reallaşmayanadək Türkiyə-Ermənistan sərhədləri açıla bilməz.

Deməli, TRIPP-lə bağlı məntiqi ardıcıllıq olmalıdır. Birincisi, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmalıdır. Bu, tərəflərin regional kommunikasiyaların açılması xüsusunda bir-birilərinə daha etimadla yanaşmalarını təmin edəcək. Etimad üçün isə ölkəmizin Ermənistan konstitusiyasına dəyişiklik şərti yerinə yetirilməli, əsas qanun qonşulara ərazi iddiasından qurtulmalıdır.

Eyni zamanda, yekun saziş bilavasitə Birgə Bəyannamənin “Tramp marşrutu” seqmenti ilə bağlı da intensivliyi təmin edəcəkdir. Nəzərə alaq ki, mövcud trayektoriyada Türkiyənin marağı məhz Azərbaycanla maneəsiz bağlantı qurmaqdır. Yəni Paşinyanın ölkəsinin Azərbaycan–Ermənistan, Ermənistan–Türkiyə üzrə yükdaşımaların həyata keçirilməsinə hazır olduğuna dair ötən ilki bəyanatlarının praktik əhəmiyyəti yoxdur. Çünki daşımaların konkret yolu var və o yol işlək olmaldır. Yəni Ermənistanın baş naziri vaxtilə “Sülhün kəsişməsi” layihəsi üzrə irəli sürdüyü Laçın–Kornidzor–Marqara xəttinə ümid bəsləməməlidir.

Sonda ümumiləşdirmə apararaq, deyək ki, Ermənistan Qərblə əlaqələrini möhkəmləndirib, Rusiya təsirini mərhələli şəkildə aradan qaldırıb özünün ayrıca subyekt ampluasını nümayiş etdirməklə yanaşı, Azərbaycanla yekun sülh sazişinin imzalanması istiqamətində daha çox səy göstərməlidir. Bu, təkcə sərhədlərin və kommunikasiyaların açılmasını deyil, həm də Cənubi Qafqaz regionuna sabitlik və təhlükəsizlik gətirəcək. Bilavasitə əvvəldə haqqında söz açdığımız Ermənistandakı rus hərbi mövcudluğu isə nəzərdə tutulan sülh düzəni ilə tərs mütənasibdir. Durumun aradan qalxması üçün Ermənistanın Rusiya ilə 1992-ci ildə imzaladığı, sonra müddəti uzadılmış müqavilədən imtinası lazımdır. Nəzərə alaq ki, TRIPP üzrə rəsmi İrəvan tərəfindən açıqlanmış fəaliyyət planına görə, ABŞ mühəndislərinin, texnikasının və şirkət nümayəndələrinin tikinti və idarəetmə aparacağı ərazi Rusiyanın hərbi yurisdiksiyasındadır. Rusiya sərhədçilərinin ABŞ infrastrukturu üzərində necə davranacağı müəmmadır.

Əminliklə deyə bilərik ki, Ermənistandakı rus hərbi mövcudluğu status-kvonun və Rusiyanın ənənəvi dominantlığının qalıqlarıdır. TRIPP layihəsi isə İrəvanın bu dominantlıqdan çıxmaq və Qərb infrastrukturuna inteqrasiya şansıdır. Bu iki amil bir-biri ilə ziddiyyət təşkil edir. Ona görə yaxın gələcəkdə ya Rusiya sərhədçiləri ərazidən çıxarılmalı, ya da nəzəri yanaşsaq, TRIPP layihəsi Rusiyanın şərtlərinə uyğunlaşdırılmalıdır. Əks halda...

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri