Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdış: İrəvanda maarifçilik hərəkatının tarixi mədəni əsasları konfrans

Qərbi Azərbaycana qayıdış: İrəvanda maarifçilik hərəkatının tarixi mədəni əsasları konfrans

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Qərbi Azərbaycana qayıdış: İrəvanda maarifçilik hərəkatının tarixi-mədəni əsasları” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, konfransı filialın direktoru dosent Tünzalə Yusifova açaraq, son 200 ildə Azərbaycan xalqının başına gətirilən faciələrdən, soyqırımlarından, deportasiyalardan danışıb. Qərbi Azərbaycan məsələsinin həmişə gündəmdə olduğunu, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra bu məsələnin daha da aktuallaşdığını dilə gətirib. O, Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdacaqlarına inandığını bildirib.

Konfransda ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri professor Fərrux Rüstəmov “XIX əsrdə və XX əsrin əvvəllərində İrəvanda maarifçilik hərəkatı” mövzusunda məruzə edib. Professor XIX əsrin əvvəllərində xalqımızın milli faciəsinin əsasına çevrilən Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələrinin mahiyyətindən, ermənilərin Qərbi Azərbaycana (indiki Ermənistan ərazisinə) köçürülmələrindən danışıb. Məruzədə ruslaşdırma, xristianlaşdırma siyasətini həyata keçirməyə çalışan çar Rusiyasının bu bölgədə açdığı dünyəvi məktəblərin (qəza məktəbi, progimnaziya, gimnaziya, müəllimlər seminariyası, rus-tatar-Azərbaycan) tarixindən və taleyindən bəhs edilib. İrəvandakı maarifçilik hərəkatının milli-mədəni qaynaqlarını şərh edən professor F.Rüstəmov bu hərəkatın formalaşmasında Azərbaycan xalqının zəngin elmi-mədəni və folklor ənənələrinin, İslam Şərqinin elmi-fəlsəfi irsinin (xüsusilə məktəb və mədrəsələrin) və o dövrün ictimai-siyasi proseslərinin mühüm rol oynadığını vurğulayıb. Qeyd edilib ki, İrəvan maarifçilik mühitinin Azərbaycana bəxş etdiyi böyük din xadimlərinin, maarifçilərin, ziyalıların öz fəaliyyətləri ilə yalnız dini və dünyəvi təhsilin inkişafına deyil, həm də milli-mədəni kimliyin qorunub saxlanmasına və yeni nəsillərin maariflənməsinə dəyərli töhfələr verib.

Sonra ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru Yaqub Babayev “Professor Fərrux Rüstəmovun Qərbi Azərbaycanın təhsil tarixi ilə bağlı tədqiqatları” mövzusunda çıxış edərək, onun “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” və “İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” kitablarının məziyyətlərindən söz açıb.

Konfransdan sonra professor Fərrux Rüstəmov filialın professor-müəllim heyəti ilə dəyirmi masada görüşərək müəllimlik ixtisasları ilə bağlı yeni nəsil təhsil proqramlarının hazırlanmasına verilən tələblərdən, gələcəyin müəllimlərində formalaşdırılmalı olan peşə səriştələrindən danışıb, sualları cavablandırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see164

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see145

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see144

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see134

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see134

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri