İrəvanda psixoz: Başı qaçmış Şahramanyan
Icma.az, Aznews.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağır manikal-depressiv psixoza uğramış "Artsax prezidenti" Samvel Şahramanyan "Artsax Milli Assambleyasının (MA) səlahiyyətlərinin genişləndirilməsi haqqında fərman" imzalayıb,
AzNews.az xəbər verir ki, bu barədə tarixi Azərbaycan şəhəri İrəvanda müvəqətti nəşr olunan "Hraparak" qəzeti yazır.
Qəzetin yazdığına görə, "Artsax parlamenti"nin "səlahiyyət"ləri 2025-ci ilin mayında başa çatır. "Əks halda, ya yeni seçkilər keçirmək, ya da Azərbaycan prezidenti İlham Əliyevin tələb etdiyi kimi, "Milli Assambleya"nı buraxmaq lazım gələcəkdi”, - nəşr qeyd edir.
Hraparak xatırladıb ki, "Artsax parlamenti" fəal işləməyəcək, lakin hüquqi əsasları qorumaqla onlar siyasi problemi həll edirlər ki, "Artsax məsələsi" bağlanmasın və hadisələrin əlverişli geosiyasi inkişafı halında onlar öz "mandat"larından istifadə edə bilsinlər”.
Başqa bir psixi xəstə- Artak Beqlaryan yanvarın 5-də Caucasus Watch-a müsahibəsində qondarma "respublika"nın orqanlarının Ermənistanda fəaliyyət göstərməsinin zəruriliyini bəyan edib. O, həmçinin "Dağlıq Qarabağ Respublikası"nın buraxılması haqqında fərmanı "konstitusiyaya zidd" adlandırıb və "Artsax dövlət qurumları"nın yanvarın 1-dən sonra öz işini davam etdirəcəyini bəyan edib.
AzNews.az
Baxış sayı:66
Bu xəbər 13 Fevral 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















