Icma.az
close
up
RU
İrəvanda separatçıları kim və niyə qızışdırır?

İrəvanda separatçıları kim və niyə qızışdırır?

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

Son günlər Ermənistanda Qarabağdan könüllü köçmüş ermənilərin davamlı olaraq aksiyalar keçirdiyi müşahidə olunur.

Tribunainfo.az xəbər verir ki, separatçıların dəstəyi ilə təşkil olunan bu aksiyaların bir neçə tələbi var.

Proses Xankəndidən köçən ermənilərin sosial yardım alması tələbi ilə başlasa da, buraya sonradan “Qarabağa təminat altında qayıtmaq” tələbi də əlavə olunub. Aksiyanın təşkilatçısı olan və separatçılara bağlı qondarma“Qarabağ vətəndaşlarının hüquqlarını müdafiə şurası” dünən bəyan edib ki, onlar daha böyük mitinqlərə start verməyə hazırlaşırlar. Üstəlik, geniş konsolidasiya prosesinə başladıqlarını bildiriblər.

Bəs, hamını öz ətraflarında birləşməyə çağıran separatçıları kimlər və niyə qızışdırır? Tribunainfo.az xəbər verir ki, bu prosesdə aktiv olan bir neçə tərəf var. Onlardan biri Ermənistan XİN-in sabiq rəhbəri Vardan Oskanyandır. O, uzun illərdir Qarabağ məsələsi üzərindən manipuliyasiya edərək, böyük pullar qazanıb. İndi isə həmin mövzu “öldüyün”dən, yeni “çörək yeri” yaratmağa çalışır.

Paralel olaraq, erməni diasporu da məsələdə maraqlı tərəfdir. Onlar xaricdə oturaraq, Qarabağ məsələsini gündəmdən düşməməsinə çalışırlar. Burada məqsəd xəstə təxyyülə bağlı “böyük ermənistan” xülyasını diri saxlamaqdır.

Separatçıların qızışdırılmasında bu iki tərfədən savayı, daha iki tərəf də var. Onlardan biri uzun zaman Ermənistanda hakimiyyətdəı olmuş, ölkəni talayaraq böyük pullara sahiblənmiş “Qarabağ klanı”dır. Robert Koçaryan və Serj Sarkisyanın başçılıq etdiyi bu klan 2023-cü ildən sonra mövzunu “diri” tutmaq, Qarabağdan köçən ermənilərdən istifgadə edərək, yenidən hakimiyyətə gəlmək üçün istifadə edirlər. Bu proses yeni deyil, onlar uzun zamandır bu planlarını işə salmağa çalışırlar. Lakin Ermənistanın hazırkı hökuməti hələ ki, bu klanla savaşda üstün tərəf kimi çıxış edə bilir.

Digər tərəf isə erməni kilsəsi və onun fitvası ilə hərəkət edən Daşnaksütun Partiyasıdır. Qeyd edək ki, hələ ötən ilin sonlarında daşnaklarla kilsə rəhbərliyi arasında görüş keçirilmişdi. Eçmiəzdində baş tutan görüşdə erməni katalikosu II Qaregin bildirmişdi ki, Qarabağ məsələsi gündəmdən düşməməli, oradan olan ermənilər dəstəklənməli və bunun üçün mübarizə aparılmalıdır. Katalikos onu da demişdi ki, bu işin öhdəsindən daşnakların gələ biləcəyinə əmindir.

Məsələnin maraqlı tərəfi isə odur ki, hazırda İrəvanda aksiya keçirən qondarma“Qarabağ vətəndaşlarının hüquqlarını müdafiə şurası”nın tərkibi daşnaklardan ibarətdir. Bu həmin daşnaklardır ki, Qarabağa qədər uzanıb, böyük cinayətlərə, azərbaycanlıları etnik təmizləməyə və soyqırıma məruz qoyublar. Onların yenidən “xortlaması” isə Ermənistanda hakimiyyəti dəyişmək və bundan sonra Azərbaycana qarşı ənənəvi düşmənçiliyi qızışdırmaqdır.

Fərda Uğur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Aprel 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri