Icma.az
close
up
RU
İrəvanda siyasi qarşıdurmanın növbəti mərhələsi

İrəvanda siyasi qarşıdurmanın növbəti mərhələsi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hakimiyyət mövqeyini qoruyur, mübarizə yeni yön alır

7 iyun seçkilərində hakim “Mülki müqavilə” partiyası parlamentdə çoxluğu qorusa da, əvvəlki çağırışla müqayisədə daha məhdud imkanlara malikdir. Bu isə həm hökuməti daha ehtiyatlı davranmağa vadar edir, həm də müxalifətə siyasi təşəbbüslər üçün əlavə imkanlar yaradır. Bununla yanaşı, Nikol Paşinyan komandası seçkidən dərhal sonra hüquqi və inzibati addımları sürətləndirməklə siyasi gündəmi öz nəzarətində saxlamağa çalışır.

Köhnə elita ilə hesablaşma

Seçkilərdən sonra ölkənin daxili gündəmini ən çox məşğul edən məsələlərdən biri hakimiyyətin iri biznes nümayəndələri və keçmiş siyasi elita ilə bağlı başladığı hüquqi proseslərdir. Bu baxımdan “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyan ətrafında baş verən hadisələr xüsusi diqqət çəkir. Son günlər Dövlət Gəlirləri Komitəsinin Sarukyana məxsus “Firon” əyləncə kompleksində vergi pozuntuları aşkar etdiyini açıqlaması, bununla bağlı cinayət işinin başlanması və müxtəlif kommersiya obyektləri üzərində aparılan araşdırmalar hökumətin iqtisadi cinayətlərlə mübarizə xəttini davam etdirdiyini göstərir. İstintaq orqanlarının versiyasına görə, şirkətin 82 milyon dram (212 min ABŞ dolları) dövriyyəsi vergi hesabatlarında əksini tapmayıb və dövlət büdcəsinə ciddi zərər dəyib. Komitənin məlumatında qeyd olunur ki, 2025–2026-cı illərdə keçirilən banketlər nəticəsində “Onira Club” şirkətinin gəliri təxminən 300 milyon dram təşkil edib, lakin bu, vergi hesabatlarında əks olunmayıb.

Xatırladaq ki, Baş Prokurorluq dövlətin xeyrinə 75 daşınmaz əmlakın, 42 nəqliyyat vasitəsinin, 38 şirkətdə payların, eləcə də təxminən 106 milyard dram vəsaitin müsadirə olunmasını tələb edir. İrəvan meriyası isə bildirib ki, “Multi Wellness” idman kompleksinin binası icma ərazisində tikinti qaydalarının pozulması səbəbindən bələdiyyənin balansına verilib.

Bu arada Sarukyanın malikanəsindən İrəvan zooparkına hansı heyvanların aparıldığı məlum olub. Bura şirlər, pələnglər, timsahlar və qu quşları daxildir. İrəvan zooparkından “News.am”a verilən məlumata görə, heyvanlar cinayət işi çərçivəsində həyata keçirilən istintaq tədbirləri nəticəsində müvəqqəti saxlanılmaq üçün zooparka təhvil verilib. Zooparka ümumilikdə 3 şir, 4 pələng, 9 timsah və 13 qu quşu gətirilib.

Xatırladaq ki, iyulun 6-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları maskalı şəkildə Sarukyanın malikanəsində axtarış aparıblar, həmin günün axşamı isə o saxlanılıb. İstintaq çərçivəsində malikanədən 190 ədəd doldurulmuş heyvan müqəvvası, 3 şir və 1 pələng maddi sübut kimi götürülüb. Məlumata görə, şirlərdən biri yuxuya verildikdən sonra ayılmayaraq tələf olub və bununla bağlı indiyədək heç kim məsuliyyətə cəlb edilməyib.

Hakimiyyət bütün bu addımların hüquqi prosedurlar çərçivəsində həyata keçirildiyini bildirir. Müxalifət isə proseslərin siyasi motiv daşıdığını, əsas məqsədin seçkilərdən sonra hökumətin potensial rəqiblərinin təsir imkanlarını zəiflətmək olduğunu iddia edir. Bu mübahisə Ermənistan siyasətində yeni deyil. Lakin diqqətçəkən məqam odur ki, seçkilər başa çatdıqdan sonra belə qarşılıqlı ittihamlar səngimir, əksinə, yeni işlər və yeni araşdırmalarla davam etdirilir. Eyni zamanda, keçmiş hakimiyyət nümayəndələri ilə bağlı cinayət işlərinin də gündəmdə qalması Paşinyan hökumətinin əvvəlki illərdə başladığı siyasi kursdan geri çəkilmək niyyətində olmadığını göstərir.

Ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin dünən yaydığı açıqlamada isə bildirilib ki, istintaq zamanı maksimum sayda səsin “Güclü Ermənistan” Partiyasının xeyrinə təmin edilməsi məqsədilə həmin partiyanın tərəfdarları əvvəlcədən əlbir olaraq Ararat vilayətinin Masis icmasında bir qrup seçiciyə seçki rüşvəti verməyi vəd etdikləri müəyyən olunub. Faktla bağlı komitədə cinayət işi başlanıb. Bir neçə nəfər saxlanılıb, axtarışlar və digər prosessual-istintaq hərəkətləri həyata keçirilir.

Hüquqi müstəvi, yoxsa siyasi rəqabət?

Ümumiyyətlə, son illərdə Ermənistanda siyasi qarşıdurmanın xarakteri nəzərəçarpacaq dərəcədə dəyişib. Əvvəllər əsasən küçə etirazları, kütləvi aksiyalar və istefa tələbləri ilə müşayiət olunan mübarizə indi daha çox hüquq-mühafizə orqanlarının fəaliyyəti, məhkəmə prosesləri və korrupsiya araşdırmaları üzərində cəmlənir. Bu tendensiya təsadüfi deyil. Paşinyan hakimiyyəti seçkidə qazandığı üstünlüyü yalnız parlament çoxluğu ilə deyil, dövlət institutlarının fəaliyyətini ön plana çıxarmaqla da möhkəmləndirməyə çalışır. Bununla hökumət həm korrupsiyaya qarşı mübarizə apardığını nümayiş etdirmək, həm də siyasi rəqiblərinin manevr imkanlarını məhdudlaşdırmaq istəyir.

Lakin prosesin başqa tərəfi də var. Müxalifət hesab edir ki, hüquqi mexanizmlərin bu qədər intensiv şəkildə siyasi fiqurlara münasibətdə tətbiqi cəmiyyətdə seçici yanaşma barədə suallar doğurur. Nəticədə hüquqi müstəvidə aparılan mübarizə siyasi mübahisələrin də əsas mövzularından birinə çevrilir.

Hakim partiyanın yeni təşəbbüsü

Seçkilərdən sonra siyasi polemikanın əsas mövzularından biri də Seçki Məcəlləsinə edilən dəyişikliklərdir. Hakimiyyətin təşəbbüsü ilə qəbul edilən düzəlişlərə əsasən, parlament seçkilərində və referendumlarda iştirak etmək üçün Ermənistan vətəndaşlarının son 3 ilin azı 1 ilini ölkədə yaşamaları tələb olunur. Müxalifət və diaspor nümayəndələrinin bir hissəsi bu yeniliyin minlərlə vətəndaşın seçki hüququnu məhdudlaşdırdığını bildirərək qanunun ləğvini tələb edir. Müxalifət bu dəyişikliklə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcəyini də açıqlayıb.

Hakimiyyət isə dəyişiklikləri seçki prosesinin şəffaflığının artırılması və ölkədə daimi yaşayan vətəndaşların siyasi iradəsinin daha dolğun əks etdirilməsi ilə əsaslandırır. Lakin məsələ artıq hüquqi çərçivədən çıxaraq siyasi müzakirə mövzusuna çevrilib. Bu da göstərir ki, seçki başa çatsa da, onun nəticələri və seçki qaydaları ətrafındakı mübahisələr hələ uzun müddət Ermənistanın daxili gündəmində qalacaq. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanda siyasi qarşıdurma artıq əvvəlki illərdə olduğu kimi əsasən küçələrdə deyil, parlamentdə, məhkəmə zallarında və qanunvericilik müstəvisində davam edir. Lakin mübarizənin formasının dəyişməsi onun mahiyyətinin dəyişdiyi anlamına gəlmir. Hakimiyyət ölkədə siyasi sabitliyi qorumağa çalışsa da, seçkidən sonra yaranmış yeni qüvvələr nisbəti və cəmiyyət daxilində davam edən fikir ayrılıqları Ermənistanın daxili siyasi gündəminin yaxın aylarda da gərgin olaraq qalacağını göstərir.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyul 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri