Icma.az
close
up
RU
İrəvanda siyasi “hərarət” yüksəlir

İrəvanda siyasi “hərarət” yüksəlir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Hakim komanda ilə müxalifətin söz savaşı səngimir

Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca iqtidar və “birləşmiş müxalifət” arasındakı siyasi qarşıdurma daha da kəskin xarakter alır. Tərəflər arasında qarşılıqlı ittihamlar və sərt bəyanatlar artıq adi hala çevrilib. Bu isə onu göstərir ki, seçkilərə doğru gedən müddətdə Paşinyan hökuməti ilə müxalifət qüvvələri arasında söz davası daha da sərtləşəcək. 

Müxalifət blokları hökuməti həm daxili idarəetmədə uğursuzluqda, həm də xarici siyasətdə milli maraqlara zidd addımlar atmaqda ittiham edirlər. Onlar iddia edirlər ki, Paşinyan komandası ölkəni siyasi və iqtisadi böhrandan çıxara bilmir, əksinə, dövlətçiliyi zəiflədir. Öz növbəsində, hakimiyyət nümayəndələri müxalifəti revanşist mövqelərdə dayanmaqda, cəmiyyətdə nifaq yaratmaqda və Ermənistanı keçmişin köhnəlmiş siyasi üsullarına qaytarmaq istəməkdə günahlandırır. Parlament seçkilərində qələbə qazanmasına az ümid bəslənilən müxalif qüvvələr iqtidarı devirmək üçün digər yollara əl atmağı düşünür. Bunun isə mümkün ola biləcəyini yalnız zaman göstərəcək. 

Müxalifətin əsas fiqurlarından biri hesab edilən sabiq prezident Serj Sarkisyan bu yaxınlarda belə bir açıqlama verib ki, Ermənistanda hakimiyyət dəyişikliyi məsələsi həmişə gündəm olub və bu gün də var. Onun sözlərinə görə, buna nail olmağın ən düzgün və optimal yolu hökumətə və baş nazirə etimadsızlıq bildirməkdir, yəni impiçmentdir. “Parlament təkcə danışmaq yox, həm də dinləmək yeridir. Qulağı olan dinləyəcək”, - o qeyd edib. Sarkisyan Paşinyanı aradan götürməyin digər yollarına da toxunaraq Nepalda kütləvi nümayişlər zamanı etirazçılar tərəfindən hökumət üzvlərinin öldürülməsinə diqqət çəkib. Sarkisyan çıxışında Paşinyanı aradan götürməyin iki yolunu qeyd edib: Nepal nümunəsi – zorakılıq və qətllər, Fransa nümunəsi – parlament vasitəsilə impiçment. “İndi biz xalqımıza nə təklif edə bilərik?”, – deyə sual edib. 

Bu kontekstdə Sarkisyanın açıq şəkildə Nepal hadisələrinə istinadı, cəmiyyətdə gərginliyi artıran və radikallaşmanı təşviq edən təhlükəli ritorika kimi qiymətləndirilə bilər. Açıqlamadan da göründüyü kimi, müxalifət hər vasitə ilə hakimiyyəti dəyişməkdə qərarlıdır. Hətta bunun üçün  “Nepal yolunu” belə misal göstərir. Beləliklə, onun məqsədi həm Paşinyan üzərində psixoloji təzyiq yaratmaq, həm də müxalifət tərəfdarlarını küçə etirazlarına hazırlamaqdır. Qeyd edək ki, keçmiş establişmentin bu cür çağırışlarına qarşı Nikol Paşinyan və onun komandası da səssiz qalmır. Baş nazirin aparat rəhbəri Araik Arutyunyan Serj Sarkisyanın fikirlərinə cavab olaraq mediaya müsahibəsində deyib: “Serj Sarkisyan Ermənistanda hakimiyyət dəyişikliyi üçün iki yol göstərirdi: impiçment və Nepal nümunəsi. Halbuki, o, əslində minnətdar olmalıydı ki, 2018-ci il inqilabı zamanı və ondan sonrakı dövrdə baş nazir Paşinyan və inqilab iştirakçıları bir an belə dinc və qeyri-zorakı prinsiplərdən kənara çıxmadılar. Amma təəccüblü deyil, çünki həm Serj Sarkisyan, həm də onun “mənəvi müəllimləri” – Robert Köçəryan və Levon Ter-Petrosyan illərlə sübut ediblər ki, onların əsas silahı zorakılıq olub”.

O bildirib ki, 1996-cı ildə seçkiləri saxtalaşdırıb qoşunları küçələrə çıxardılar, 1999-cu il 27 oktyabrda parlamentdə qətliam oldu, 2003–2015-ci illərdə isə zorakılıqlar davam etdi. Onun sözlərinə görə, sifarişli qətllər həm Ermənistanda, həm də xaricdə həyata keçirildi. “Bir sözlə, daimi “Nepal” rejimi qurmuşdular. 2018-ci ildə xalq bu rejimdən azad oldu, amma həmin qüvvələr o dövr üçün darıxırlar. Əvvəllər bir stəkan konyak və kabab arxasında adamların taleyinə qərar verirdilər; hətta “Salam, Rob” demək ölüm hökmü ilə nəticələnə bilərdi. Yaxşı ki, indi başa düşüblər – seçkilərlə onların heç bir şansı yoxdur”, - deyə erməni rəsmisi qeyd edib.

Araik Arutyunyanın bu çıxışı müxalifətin ritorikasına cavab olmaqla yanaşı, həm də Ermənistanın siyasi tarixinə qısa ekskursdur. “Nepal rejimi” ifadəsi keçmiş hakimiyyətin uzun illər cinayət, zorakılıq, saxtalaşdırılmış seçkilərlə hakimiyyətini qoruduğunu göstərir. Bundan əlavə, Araikin sözləri həm də seçki öncəsi siyasi mesaj xarakteri daşıyır. İctimaiyyətə göstərilir ki, keçmiş establişmentin vasitələri məhduddur, onların siyasətdə təsiri əhəmiyyətli dərəcədə zəifləyib. Ekspertlər hesab edirlər ki, Nepal hadisələrinin Ermənistanda təkrarlanması ehtimalı aşağıdır. Ölkə həm beynəlxalq, həm də daxili şərait baxımından belə zorakılıq ssenarisini həyata keçirə biləcək imkanlardan məhrumdur. Ermənistanda küçə etirazları artsa da, onların dövlət çevrilişi səviyyəsinə yüksəlməsi çətin görünür. Sarkisyanın açıqlamaları isə daha çox öz siyasi mövqeyini gündəmdə saxlamaq məqsədini güdür.

Yeganə HACIYEVA,
politoloq

Serj Sarkisyanın “Nepal nümunəsi – zorakılıq və qətllər, Fransa nümunəsi – parlament vasitəsilə impiçment” sözləri Ermənistan siyasi mühitində ciddi rezonans doğurur. Bu ritorika cəmiyyətə hakimiyyət dəyişikliyinin yalnız kəskin və zorakı yollarla mümkünlüyü barədə mesaj ötürür ki, bu da ictimai rəyin radikallaşmasına və siyasi proseslərə inamsızlığın artmasına səbəb ola bilər. Baş nazirin aparatının cavabı isə keçmiş prezidentləri ittiham edərək, onların dövrünü “Nepal rejimi” adlandırır və 2018-ci ildə xalqın bu rejimdən qurtulduğunu vurğulayır. Belə qarşılıqlı ittihamlar, əslində, hakimiyyətlə müxalifət arasında dialoq imkanlarını daraldır, siyasi qütbləşməni dərinləşdirir. Hakimiyyətin keçmişi ittiham etməsi ilə müxalifətin radikal çıxışları bir-birini qidalandırır və kompromis ehtimalını azaldır. Bu isə ictimai rəyin daha çox emosional, qütbləşmiş yanaşmalar əsasında formalaşmasına gətirib çıxarır. Nəticədə, ölkədə sabit siyasi müzakirə mühitinin yaradılması çətinləşir, müxalifət-hakimiyyət münasibətləri isə daha çox qarşıdurma üzərində qurulur.

Musa BAĞIRLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2025 03:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri