Icma.az
close
up
RU
Menu

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Azərbaycanda dollara tələbat azalıb

İrəvanda Vensin arxasınca DEDİ QODU başladı

İrəvanda Vensin arxasınca DEDİ QODU başladı

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

“Vensin səfəri nə Ermənistana, nə də Azərbaycana həsr olunmuşdu. Buna görə də, bəzi Qərbpərəstlərin şişirdilmiş həvəsi - Vensin 9 milyard dollarlıq çamadan gətirməsi və bu pulun tezliklə xalqa paylanacağı - həddindən artıq şişidilib”.

Musavat.com xəbər verir ki, bu barədə aravot.am saytı yazır. Bildirilir ki, Ermənistanı düşmənlərdən qoruyacaq dronlar hədiyyə ediləcəyi və s. hökumət təbliğatı ilə toxunmuş məşhur mifologiyadır. “Əslində ABŞ-ın Ermənistana heç bir marağı yoxdur. Əlbəttə ki, Azərbaycan daha maraqlıdır və Bakıda da, bir qədər daha böyük miqyasda olsa da, "pul" və "silah"la bağlı bəyanatlar olub. Lakin ABŞ-nin hazırda regionda əsas marağı İrandır, çünki savaş bir müddət təxirə salınmış ola bilər, baxmayaraq ki, ABŞ-nin həmin ölkəyə qarşı hücumlarının yüksək ehtimalı davam edir. Bu kontekstdə ABŞ da TRIPP-də maraqlıdır - Amerikanın himayəsi altında (əsasən siyasi) Türkiyə-Azərbaycan anti-İran layihəsi kimi. Və müəyyən dərəcədə Rusiyanın əsəbləri ilə oynamaq. Baxmayaraq ki, bu baxımdan ABŞ dünyada daha geniş əməliyyatlar aparır” deyə, qeyd olunur.

Bu yanaşma əlbəttə ki, daha çox siyasi ritorika təsiri bağışlayır və reallıqdan çox informasiya mübarizəsinin elementlərini xatırladır. Böyük dövlətlərin regiona səfərləri adətən konkret bir ölkəyə deyil, daha geniş geosiyasi gündəliyə xidmət edir. ABŞ-ın Cənubi Qafqaz siyasətində həm enerji marşrutları, həm təhlükəsizlik balansı, həm də İran və Rusiya amili paralel şəkildə rol oynayır. Buna görə də səfəri yalnız maliyyə və ya hərbi yardım prizmasından izah etmək sadələşdirilmiş yanaşmadır.

Eyni zamanda, bu cür xəbərlərdə “pul”, “silah”, “strateji layihə” kimi tezislərin qabardılması ictimai rəy formalaşdırmaq məqsədi daşıya bilər. Reallıqda isə Vaşinqtonun region siyasəti daha çox uzunmüddətli təsir alətlərinə — diplomatiya, iqtisadi əməkdaşlıq və siyasi təsir mexanizmlərinə əsaslanır.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a bildirdi ki, vitse-prezident Cey Di Vensin Cənubi Qafqaza səfəri sıradan bir diplomatik hadisə deyil: “Səfər çərçivəsində həm İrəvanda, həm də Bakıda rəsmi görüşlər keçirilib, sənədlər imzalanıb, konkret əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib. Yəni ortada regionun inkişaf istiqamətlərini müəyyənləşdirən real faktlar var. Lakin bu faktların fonunda, məqsədyönlü şəkildə erməni informasiya məkanında səfərin mahiyyəti, imzalanmış sənədlər və region üçün doğurduğu nəticələr deyil, “9 milyard dollarlıq çamadan”, “dron hədiyyələri”, “ABŞ Ermənistanı xilas edir” kimi primitiv, emosional və məntiqsiz şayiələr informasiya dövriyyəsinə buraxılıb. Daha diqqətçəkən isə odur ki, Rusiyadakı erməni diasporunun idarə etdiyi aravot.am kimi platformalar eyni vaxtda həm səfərin mahiyyətini təhrif edir, həm də özlərinin dövriyyəyə buraxdıqları şayiələri məsxərə obyektinə çevirirlər. ABŞ-ın Ermənistana marağının olmadığı, əsas məqsədin İran və Rusiya olduğu, Ermənistanın sadəcə alət kimi istifadə edildiyi tezisi irəli sürülür".

Politoloq hesab edir ki, bu, ziddiyyət deyil, planlı informasiya konstruksiyasıdır: "Aravot sıradan xəbər portalı deyil. Uzun illərdir onun informasiya xətti Rusiyadakı erməni diasporunun təbliğat tezisləri ilə üst-üstə düşür. Bu xəttin əsas xüsusiyyəti Qərbə qarşı şübhə yaratmaq, ABŞ-ı etibarsız tərəfdaş kimi göstərmək, Ermənistanın təhlükəsizliyini yenidən Rusiya faktoru ilə bağlamaq, İran amilini Ermənistan üçün həyati alternativ kimi təqdim etmək. Məhz bu xüsusda aravot.am yazır ki, ABŞ-ın regiondakı əsas marağı İran və Rusiyadır, Ermənistan isə sadəcə vasitədir. Burada məqsəd məlumat vermək deyil, məqsəd Ermənistanın ictimai rəyində belə bir qənaət yaratmaqdır. Bu, Moskvanın Cənubi Qafqazla bağlı informasiya tezislərinin erməni mediası vasitəsilə tirajlanmasıdır. Niyə məhz “9 milyard”, “silah”, “dron” kimi sözlər dövriyyəyə buraxılır? Çünki bunlar ictimai şüurun ən həssas nöqtələrinə toxunur. Erməni cəmiyyəti uzun illərdir xarici xilaskar mifologiyası ilə yaşayır. Bir vaxt bu Rusiya idi, sonra Fransa, indi ABŞ. Aravot və oxşar resurslar bu psixologiyanı çox yaxşı bilir və onu idarə edirlər. Əvvəlcə mif buraxılır, sonra həmin mif “realist məqalə” ilə dağıdılır. Nəticədə isə ictimai rəyin diqqəti real diplomatik sənədlərdən və faktlardan yayındırılır. "Aravot"un əsas hədəfi Ermənistan cəmiyyətinə bu mesajı verməkdir: “Qərbə ümid etməyin. Regionun real təhlükəsizlik açarı yenə Rusiyadır.” Bu, Rusiyadakı erməni diasporunun və Kremlin informasiya xəttinin klassik tezisidir. Aravot bunu “analitik realizm” görüntüsü altında təqdim edir. Əslində isə bu, erməni ictimai rəyinin yenidən Moskva orbitinə psixoloji qaytarılmasına növbəti cəhddir.

Niyə səfərin mahiyyəti gizlədilir? Çünki səfərin real mahiyyəti Ermənistan üçün psixoloji baxımdan çətindir. ABŞ regiona Ermənistan üçün gəlmir. ABŞ regiona Cənubi Qafqaz, ilk növbədə bölgənin əsas güc mərkəzi Azərbaycanla əməkdaşlıq üçün gəlir. Bu reallıq erməni siyasi şüuruna uyğun deyil. Ona görə də bu reallıq miflərlə və sonra “anti-miflərlə” əvəz olunur. İrəvanda Vensin arxasınca başlayan dedi-qodu səfərin nəticəsi deyil. Bu, erməni informasiya məkanının planlı reaksiyasıdır. Əvvəl ümid mifi yaradılır. Sonra həmin mif dağıdılaraq ABŞ-a qarşı şübhə formalaşdırılır. Sonda isə ictimai rəy yenidən Rusiya faktoruna bağlanır.

Aravot-un məqaləsi düşünülmüş informasiya siyasətidir və bu siyasətin məqsədi erməni cəmiyyətini reallıqdan uzaqlaşdırmaq, onu yenidən geosiyasi illüziyaların içində saxlamaqdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Fevral 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Rusiyanın neft zavodlarını və Wildberries anbarlarını yenidən PUA larla vurdu

31 İyul 2026 10:12see485

Ekspert: “Qərb ərəb ölkələrinə demokratiya deyil, idarəolunan xaos gətirdi”

01 Avqust 2026 10:11see353

“Xarici təsirlərə bağlı qruplar, şəxslər, ictimai fiqurlar var...” İlahiyyatçı

31 İyul 2026 11:45see319

“Mən hələ də onun yoxluğuna inanmıram” Şəhid Həmid Həmidlinin xanımı danışdı Video

31 İyul 2026 21:31see296

Məni hədələyirdilər Arzum 999 məhkəmədə diqqətçəkən açıqlamalar verdi

31 İyul 2026 14:56see295

Leyen miqrantlardan danışdı: Qəbul edə bilmərik…

31 İyul 2026 17:44see268

Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb

31 İyul 2026 21:37see267

Danimarka Aİ ni İspaniyanın Şengen üzvlüyünü dayandırmağa çağırıb

31 İyul 2026 17:03see267

Ağır texnikanı dayandırın! Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

31 İyul 2026 19:21see233

Rusiya XİN: Seutadakı vəziyyət Aİ nin miqrasiya siyasətinin iflasını göstərir

31 İyul 2026 19:34see197

Qəhvə həqiqətən orqanizmdən suyu yuyub aparır? Maraqlı CAVAB

01 Avqust 2026 12:23see187

ABŞ Rusiya ilə bağlı qərar verir: Gərginlik başladı

01 Avqust 2026 02:12see185

Baş nazir qərarı imzaladı Nazirlikdə avtomobillərin sayı artırıldı

31 İyul 2026 18:11see183

Mərakeşdə polis İspaniyaya keçmək istəyən miqrantları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

01 Avqust 2026 03:24see180

Tanınmış meyxanaçı əsgər getdi VİDEO

31 İyul 2026 10:15see179

Milli yaddaşdan rəqəmsal ayıqlığa: folklorun təhlükəsizlik dərsi

31 İyul 2026 21:33see178

Bahalı depozit xərcləri AFB Bank ın mənfəətini kəskin əritdi 11 DƏFƏ AZALMA

31 İyul 2026 19:22see177

Joze Mourinyo “Real”ın “Fiorentina” ilə oyununu şərh edib

02 Avqust 2026 01:36see169

Aİ nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

01 Avqust 2026 00:25see165

Azərbaycanda dollara tələbat azalıb

31 İyul 2026 10:18see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri