Icma.az
close
up
RU
İrəvanda yenə 1 Azərbaycanlı turist: Ermənilər yenə təşvişdə

İrəvanda yenə 1 Azərbaycanlı turist: Ermənilər yenə təşvişdə

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Erməni mediasında “Bu il Ermənistana nə qədər azərbaycanlı turist gəlib?” başlıqlı məqaləsi yer alıb.
Adalet.az
xəbər verir ki,  məqalədə Azərbaycandan Ermənistana 1 turist gəlməsi ilə bağlı  məlumat ermənilər arasında əməlli-başlı əsəb yaradıb.
Məqalədə deyilir:” Əliyevdən sülh diləyən Ermənistan hakimiyyəti  Qarabağı təslim etdikdən sonra ölkənin qapılarını azərbaycanlıların üzünə açıb. Məlum olur ki, azərbaycanlılar turist kimi çoxdan Ermənistana sərbəst giriş-çıxışa malikdirlər. Düzdür, onların sayı çox deyil, amma məsələ onların çox və ya az olmasında deyil. Bu vəziyyətdə vacib olan ölkəyə gəlməsidir. Azərbaycanlılar özlərini o qədər təhlükəsiz və güvənli hiss edirlər ki, Ermənistana turizm adı altında gəlib bir neçə gün sərbəst gəzib-dolaşa, sonra isə sağ-salamat çıxıb gedə bilərlər.
Rəsmi məlumata görə, bu ilin birinci yarısında Azərbaycandan Ermənistana 1 turist gəlib. O, aprel-may aylarında gəlib.
Görünür, bu, İrəvanın mərkəzində sərbəst dolaşan və “Mən köhnə şəhərimizdəyəm” deyərək video yayımlayan azərbaycanlıdır. O, daha əvvəl gəlmişdi və yəqin ki, Azərbaycan vətəndaşı adı ilə deyildi.
Azərbaycanlı turist Ermənistana necə gəlib, hansı məqsədlə gəlib, turist “istirahətini” harada keçirib? Heç nə məlum deyil. Səlahiyyətli orqanlar bu barədə susur. Ola bilsin ki, onların heç xəbəri yoxdur. Sadəcə onun Ermənistanda 3 gün qalması məlumdur. Həmin 3 gün ərzində hara gedib, nə edib, kimlərlə görüşüb, məlumat yoxdur”.


Erməniləri  hiddətləndirən bir məqamı da diqqətinizə çatdırırıq:” Təbii ki, azərbaycanlıların Ermənistana sərbəst giriş-çıxışı birinci dəfə deyil. Onlar rəsmi olaraq turist adı ilə gəlirlər, amma əslində Ermənistanda nə etdikləri sirr olaraq qalır.
Son 2 ildə həmin ölkədən Ermənistana turist gəlməyib. Bu il “ənənə” yenidən bərpa olunub.
İlin sonuna qədər hələ çox vaxt var və yaxın gələcəkdə rəsmi statistikada “turist” azərbaycanlıların sayının artmaqda davam edəcəyi istisna edilmir”.


Oxucularımıza xatırladaq ki, hələ 2020-ci ilin fevralında bir qrup azərbaycanlı İrəvanda çəkiliş aparmışdı.
Hətta görüntülərdə Ermənistan paytaxtının zəif işıqlandırılması, dağılmaq təhlükəsi altında olan yaşayış binaları əksini tapmışdı.

“Biz indi qədim Azərbaycan şəhəri olan İrəvandayıq. Uşaqlar, sevimli Bakımızdan fərqli olaraq, sizdə zəif işıqlandırılma var. Erməni xüsusi xidmət orqanları, nədənsə, çox pis işləyirsiz. Bu kimdir? (qarşıdakı heykəli göstərir - red) Hətta işıqlandırmırlar ki, bunun kim olduğunu bilək”.


Daha sonra -2021-ci ildə bir həmyerlimiz Qafana gedib və şəhərin müxtəlif küçələrində çəkilişlər aparmışdı və bu barədə erməni mediası məlumat yaymışdı.

Ermənistan Statistika Komitəsinin məlumatına görə isə  , 2023-cü ilin 9 ayı ərzində 13 Azərbaycan vətəndaşı həqiqətən də Ermənistana turist kimi səfər edib.

Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 Avqust 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri