Icma.az
close
up
RU
İrəvandan Bakıya göndərilən strateji sazişin detalları: Nikolun planı nədir? Xəbər saytı Son xəbərlər və Hadisələr

İrəvandan Bakıya göndərilən strateji sazişin detalları: Nikolun planı nədir? Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Rəsmi Bakı da bu diplomatik fırıldağı qəbul etmədi" adlı süjetdə COP29 tədbiri çərçivəsində iki ölkə arasında sülh sazişinə dair sənədlərin imzalanması gözləntisinin nəticə verməməsinin səbəblərindən bəhs olunub.

Bildirilib ki, Bakıda qlobal iqlim problemlərinin müzakirəsi davam etdiyi vaxt, sülh sazişinin imzalanması ümidləri arxa plana keçib:

"Bakıya gəlməyən erməni baş nazir bildirib ki, Ermənistanla Azərbaycan təkcə sülh sazişi və digər müqavilələr yox, strateji saziş də bağlamalıdır.

Ermənistanın bu məsələdə əsas məqsədi sülh sazişinin imzalanmasından sonrakı dövrdə maraqlarını təmin etməkdir. Bu, həm də sülh sazişində rəsmi İrəvanın maraqlarının tam əksini tapmadığından xəbər verir.

Qeyd olunub ki, Paşinyanın təklif etdiyi "strateji saziş"də məqsəd məhz tarixi torpaqlarımız olan Qərbi Azərbaycan üzərində Ermənistanın legitimlik qazanmasıdır:

"Çünki Azərbaycan və Ermənistan BMT-yə qəbul edilsə də, iki ölkə arasındakı sərhəd bütövlükdə müəyyənləşmədiyi müddətdə Ermənistanın Paşinyanın da dediyi kimi, "kadastrı" olmayacaq.

Bu, mövcud sərhədlərin istənilən vaxt tarixi torpaqlarımızın dərinliklərinə doğru dəyişməsi perspektivini özündə saxlayacaq.

Ermənistan hakimiyyəti bu perspektivin qarşısını almaq, bununla həm də öz yurdundan qovulmuş qərbi azərbaycanlıların geri qayıtmasını, ümumilikdə Qərbi Azərbaycan konsepsiyasını arxa plana keçirməyi düşünür".

Süjetdə diqqətə çatdırılıb ki, erməni ekspertlər Nikol Paşinyanın İlham Əliyevin qarşısında növbəti kapitulyasiyaya (red: ilk kapitulyasiya aktı 2020-ci ilin 10 noyabr tarixində baş verib) hazırlaşdığını düşünürlər:

"Erməni politoloq Beniyamin Matevosyan, hərbi ekspert Davit Camalyan, ABŞ-də fəaliyyət göstərən "Kaliforniya kuryer" qəzetinin baş redaktoru Harut Sasunyan iddia edirlər ki, Ermənistan hakimiyyəti gözlənilən ikinci kapitulyasiyanı həyata keçriməyə çalışır.

Paşinyan Əliyevin göstərişlərini yerinə yetirməklə, öz postunu qorumağa çalışır. Sabah azərbaycanlılar geri qayıdarsa və Ermənistan "Qərbi Azərbaycan" olarsa, Əliyev Paşinyana deyəcək: hörmətli Nikol, mən səni Ermənistan vilayətinin qubernatoru kimi öz postunda saxlayıram. Paşinyan da məmnuniyyətlə buna razı olacaq".

Sonda vurğulanıb ki, Ermənistanın mövcudluğu Azərbaycanın haqlı tələblərinin yerinə yetirəcəyi təqdirdə olacaq: "Əks təqdirdə, bizim torpaqlarımız hesabına süni yaradılmış bu ölkə məhvə məhkumdur".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 Noyabr 2024 23:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see355

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see246

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see174

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see156

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see144

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri