İrəvanın Aİyə ümid bağlaması mənasızdır Yudenkov
Icma.az, Olke.az saytına istinadən bildirir.
“Dövrümüzün çağırışlarına cavab verən istənilən ölkə öz cavablarını axtarmalıdır. Hələlik Ermənistan haqqında deyə bilmərəm ki, o, yolunu tapıb.
Əgər sizin resurs bazanız və elmi-texniki təklifləriniz yoxdursa, onda Avropa İttifaqı ilə necə əməkdaşlıq edəcəksiniz və hər şey yaxşı olacaq. Məncə, bunu Ermənistan barəsində demək çətindir, proses dalana dirənir”.
Ölkə.Az xəbər verir ki, Moskva Dövlət Universitetinin Siyasi elmlər fakültəsinin dosenti Yuri Yudenkov “Sputnik”ə müsahibəsində deyib.
O qeyd edir ki, hazırda Avropanın özünün yetərincə problemləri var. “Digər tərəfdən Ermənistan Avropa üçün uzaq bir ölkədir. Başqa bir məqam isə ondan ibarətdir ki, Aİ rəhbərliyinin Azərbaycan lideri İlham Əliyevlə səmimi dostluğu var. Bu isə onu göstərir ki, Avropa Ermənistandan gələn mifik və ya o qədər də hiss olunmayan məhsul axınından daha çox Bakı qazına maraq göstərir”, - Yudenkov qeyd edib.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 09 Noyabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















