Icma.az
close
up
RU
İrəvanın çətin seçimi: Paşinyan Rusiyaya qarşı çıxmayacağını bəyan etdi

İrəvanın çətin seçimi: Paşinyan Rusiyaya qarşı çıxmayacağını bəyan etdi

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Son vaxtlar Rusiyanın Ermənistana münasibətdə artan təhdidləri fonunda bu ölkənin baş naziri Nikol Paşinyan bəyan edib ki, Rusiyanın maraqlarına zərər vermək niyyəti onun rəhbərlik etdiyi hökumətin gündəliyində heç vaxt olmayıb və olmayacaq. O bildirib ki, bu məsələ ümumiyyətlə müzakirə mövzusu belə deyil. 

Paşinyan vurğulayıb ki, heç kim Ermənistanı anti-Rusiya fəaliyyətinə cəlb edə bilməz və buna heç vaxt cəhd də olunmayıb: 

"Biz sizinlə döyüşməyəcəyik, mübahisə etməyəcəyik və ya şifahi qarşıdurmaya girməyəcəyik. Çünki münasibətlərimizi yüksək qiymətləndiririk. Bu, bizim strategiyamızdır. Biz Rusiyaya qarşı hərəkət etməyəcəyik, amma Ermənistanın maraqları naminə addımlar atacağıq".

Ermənistan seçkilərə doğru gedir. İyunda ölkədə parlament seçkiləri keçirilməlidir. Bu fonda Paşinyanı devirmək istəyən qüvvələr də fəallaşıb. Həmin qüvvələrin bir hissəsinin dolayı yolla Rusiyadan dəstək aldığı iddia olunur.

Paşinyanın növbəti müddətdə hakimiyyətdə qalması isə Moskvanın maraqlarına cavab vermir. Məhz bu səbəbdən son vaxtlar müxtəlif rusiyalı siyasətçilər, politoloqlar və jurnalistlər tərəfindən Ermənistana qarşı təzyiq və təhdid  xarakterli açıqlamaların artdığı müşahidə olunur. Belə vəziyyətdə Paşinyan müxtəlif siyasi manevrlərlə bu təzyiqlərin qarşısını almağa, mümkün olmadıqda isə onların təsir gücünü zəiflətməyə çalışır. 

Aydındır ki, o, Kremlə açıq və kəskin reaksiya verə bilmir. Çünki Ermənistan hələ də müəyyən dərəcədə Rusiyanın təsir dairəsində qalır. Buna görə də Paşinyan balans siyasəti yürütməyə məcburdur. Onun Rusiyanın maraqlarına zərər vermək niyyətində olmadıqları barədə bəyanatı da məhz şimaldan gələn təzyiqləri neytrallaşdırmaq məqsədi daşıyır. 

Digər tərəfdən, bu açıqlama ölkə  daxilində Rusiyaya meylli seçici kəsimin Paşinyanla bağlı tərəddüdlərini aradan qaldırmağa yönəlmiş addım kimi də qiymətləndirilə bilər. Yəni baş nazir seçki ərəfəsində rusiyameylli, lakin tərəddüd edən qüvvələri öz tərəfinə çəkmək məqsədi güdə bilər. 

Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Fevral 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri