Icma.az
close
up
RU
“İrəvanın əlindəki yeganə geopolitik kart Zəngəzur dəhlizidir ki, o da əvəzedilməz deyil…”

“İrəvanın əlindəki yeganə geopolitik kart Zəngəzur dəhlizidir ki, o da əvəzedilməz deyil…”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Rusiya da, İran da artıq Cənub-Şimal dəhlizinin Ermənistan üzərindən çəkilməsinə razı olmayacaqlar. Başqa sözlə, Paşinyanın “Dünyanın kəsişməsi” proyekti də, Prezidentin sözü olmasın, “cəhənnəmə getdi…”

“Çində keçirilmiş son sammit də göstərdi ki, bütövlükdə bizim regionumuzu da ciddi dəyişikliklər gözləyir. Konkret olaraq Azərbaycan-Ermənistan sülh prosesindən bəhs edərsək, bu münaqişə artıq bitib. Erməni revanşizminin nəyisə dəyişməsi mümkün deyil. Sonunda erməni millətçiləri də bu günədək mindikləri qatarın son stansiyaya çatdığını anlayacaq və qatardan tələsik düşməyə çalışacaqlar. Əslində bu gün İrəvanda baş verənlər də bunun təzahürüdür. “Daşnaksütyun” və erməni kilsəsi bütün səylərinə baxmayaraq Paşinyanı yerindən tərpədə bilmədilər. Yəqin ki, bundan sonra da nəsə etmələri mümkün deyil. Yaxın zamanlarda Ermənistanın da Türkiyənin təsir dairəsinə düşəcəyi qaçılmazdır. Əks halda bu regionda yaşamaq imkanlarını itirəcəklər. Çünki Azərbaycan da daxil olmaqla bütün Türk dünyası tarixən “İpək yolu” marşrutunun üzərində yerləşib”. 

Bu fikirləri siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında “Alyaska sammiti və ardınca Çində keçirilmiş ŞƏT sammiti yeni dünya düzəni qurulması istiqamətində müxtəlif qütblərdən cəhdlər edildiyini göstərir. Görəsən, son baş verənlər Azərbaycan-Ermənistan sülh prosesinə hansı təsirləri göstərəcək?” sualını cavablandırarkən ifadə edib.

“Atalarımızın bu zamanadək Qərb və Şərq dünyası ilə apardıqları bitib-tükənməyən savaşların hamısı “İpək yolu”na nəzarət və təbii sərvətlərimiz uğrunda olub. Səlib yürüşləri, rus imperiyasının bizə təlqin etməyə çalışdığı kommunizm kimi ideoloji savaşlar yola nəzarət və təbii sərvətləri ələ keçirmə arzularının pərdələnmiş halıdır. Dünyanın bütün dövlətləri birləşərək bizim bu potensialımızı əlimizdən almağa çalışıblar. Amma bacarmayıblar. Sonunda bu təcavüzlər İstanbulun türklər tərəfindən ələ keçirilməsiylə nəticələnib. Beləcə tarixi “İpək yolu” da bağlanıb. Avropalılar yeni marşrutlar axtarmağa çalışa-çalışa Amerikanı kəşf ediblər. Nəticədə yüzillərlə sürən kəşf prosesləri dünyanın Amerika hegemoniyasını ortaya çıxarıb”,- deyə davamında Heydər Oğuz bildirib. 

Həmsöhbətimiz hesab edir ki, Çin və Hindistanın gerçək yüksəlişi Türk dünyasının bir araya gəlməsiylə mümkündür:

“Maraqlıdır ki, Qərbin ümidlərinin tam kəsildiyi bir zamanda başqa marşrutlara yönəlməsi bizim də iqtisadi cəhətdən çöküşümüzlə sonuclanıb. Amma təkcə bizimmi? Əlbəttə, xeyr. Çinin də, Hindistanın da çöküşü türklərin çöküşü ilə başlayıb. İndi həmin Asiya nəhəngləri yenidən dirilişə qədəm qoymaq istəyirlər. Bu diriliş də Türk dünyasının bir araya gəlməsi, “İpək yolu”, “Ədviyyat yolu” kimi marşrutların ehyası ilə mümkündür. Biri Çindən, digəri Hindistandan başlayan bu marşrutlar Cənubi Qafqazdan və Türkiyədən keçməyə məhkumdur. Ermənistan bu marşrut üzərində kiçik bir pazldır. O pazl ya xoşluqla öz yerinə oturacaq, ya da başından döyə-döyə oturdacaqlar. Yəni bu pazlın yerinə oturmaması bizdən çox Çinin və Hindistanın problemidir”.  

“İran II Qarabağ savaşına qədər öz aləmində yeni marşrut qurmaq istəyirdi. Azərbaycanın Qarabağı işğaldan azad etməsindən sonra onun da niyyəti alınmadı. Nəticədə özü öz siyasətini dəyişib Azərbaycanın və müttəfiqlərinin irəli sürdüyü layihələrlə razılaşdı. Söhbət, təbii ki, Şimal-Cənub dəhlizindən gedir. Artıq İranın Rəşt-Astara arasındakı 150 km-lik dəmir yolunun inşasına başladığı bildirilir. Hətta bu məqsədlə Rusiyanın ona 2.6 milyard dollarlıq kredit ayırdığı da gələn bilgilər arasındadır. Bu isə o deməkdir ki, Rusiya da, İran da artıq Cənub-Şimal dəhlizinin Ermənistan üzərindən çəkilməsinə razı olmayacaqlar. Başqa sözlə, Paşinyanın “Dünyanın kəsişməsi” proyekti də, Prezidentin sözü olmasın, “cəhənnəmə getdi””, - Heydər Oğuz diqqətə çatdırıb. 

Siyasi şərhçinin sözlərinə görə, belə bir vəziyyətdə Ermənistanın beynəlxalq sifarişlər qarşısında ağ bayraq qaldırmaqdan başqa çarəsi qalmayıb. 

“Hələlik Ermənistana İslam düşməni kimi ad çıxarmış Hindistan baş naziri Modi qahmar çıxır. Amma onu da unutmamalıyıq ki, Hindistanda 200 milyon müsəlman yaşayır. Ölkə əhalisinin 17-18 faizi müsəlmandır və onlar sosial cəhətdən aktivdirlər. Üstəlik, Modinin qarşısında Hindistanın qurucu partiyası Milli Konqres kimi nüfuzlu təşkilat dayanır. Uzun illər Mahatma Qandinin rəhbərlik etdiyi bu partiya ötən il keçirilən seçkilərdə 30 faiz səs toplamışdı. Getdikcə nüfuzunu artıran bu partiya müsəlman dövlətlərlə əməkdaşlığın tərəfdarıdır. Böyük ehtimalla gələcək seçkilərdə Milli Konqresçilərin hakimiyyətə gələcəyi gözlənir. Əks halda, Hindistan müsəlman-hindu savaşına səhnə olacaq. Fikrimcə, Modi hakimiyyəti ictimai rəyi nəzərə alıb öz anti-islam mövqeyindən geri çəkilərək həm öz partiyasını, həm də Hindistanı xilas etməyə çalışacaq. Demək istədiyim odur ki, regionda çox ciddi proseslər gedir. Ermənistanın bu proseslərdə zərrə qədər önəmi yoxdur. İrəvanın əlində tutduğu yeganə geopolitik kart Zəngəzur dəhlizidir ki, o da əvəzedilməz deyil. Zəngəzur olmayacaqsa, Orta dəhlizin Cənubi Qafqaz xətti Gürcüstan üzərindən keçəcək, necə ki, bu gün ordan keçir. Qərb və Şərq blokları tamamilə kənarda qalıb tarix səhnəsindən silinməsin deyə, Ermənistanı da bu prosesə qoşmağa çalışırlar. Qalanını artıq İrəvanın özü bilər”, -deyə Heydər Oğuz vurğulayıb.

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Sentyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri