Icma.az
close
up
RU
İrəvanın hiyləgər siyasətini dəstəkləyən riyakarlar regionda yeni münaqişə ocağı yaratmağa cəhd edirlər ŞƏRH

İrəvanın hiyləgər siyasətini dəstəkləyən riyakarlar regionda yeni münaqişə ocağı yaratmağa cəhd edirlər ŞƏRH

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 fevral, AZƏRTAC

“Azərbaycan Ordusunun Ermənistan üzərindəki tarixi Qələbəsindən sonra dünya ictimaiyyəti düşünürdü ki, məğlub ölkə bundan sonra işğalçılıq siyasətindən əl çəkəcək, məğlubiyyətini qəbul edəcək, qonşu dövlətlərlə münasibətləri yaxşılaşdırmaq barədə düşünəcək və Azərbaycanla sülh müqaviləsinə imza atacaq. Lakin Ermənistan bundan nəticə çıxarmadı və yenidən müharibə ehtimalını nəzərdən keçirməyə başladı. SSRİ-nin süqutundan sonra öz müstəqilliyini Rusiyanın boyunduruğunda “tapan” Ermənistan illər sonra gah Fransanın, gah da Avropa İttifaqının qoltuğuna sığındı. Bunlardan da istədiyi faydanı əldə edə bilmədiyindən ABŞ-a üz tutdu. Əslində, rəsmi İrəvanın işğalçı Fransa və Qərblə “əməkdaşlıq görüntüsü” yaratmaqda məqsədi yeni silahlar əldə edərək regionda təhdidlər, münaqişələr yaratmaq idi. Halbuki, Ermənistan üçün ən düzgün yol Azərbaycanla sülh müqaviləsi bağlamaqdır”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O deyib ki, artıq beynəlxalq ictimaiyyətə də bəllidir ki, Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyasının mandatı daha iki il müddətinə – 2027-ci il fevralın 19-dək uzadılıb. Missiya 2023-cü ilin əvvəlindən fəaliyyət göstərsə də, indiyə qədər heç bir müsbət nəticə əldə edilməyib. Əksinə, müşahidəçilərin sayı artırılaraq 210-a çatıb. Bu isə bölgədəki gərginliyi daha da artırır. Guya, müşahidə missiyasının əsas vəzifəsi bölgədə sülhü təmin etməkdir. Əslində isə əksəriyyəti keçmiş kəşfiyyatçılardan ibarət olan hərbi casus missiyası Ermənistanın silahlandırılmasına və yeni münaqişəyə hazırlamasına xidmət edir. Avropa İttifaqının Ermənistandakı casus missiyası Azərbaycanla şərti sərhəddə pozuculuq fəaliyyətini davam etdirir.

Siyasi sərhçi aralarında fransız legionerlərin də olduğu avropalı casuslardan söhbət açaraq bildirib ki, onlar Ermənistan ordusunu silahlandırmaqla yenidən müharibə təhlükəsi yaratmağa çalışırlar: “Təbii ki, istəklərinə nail ola bilməyəcəklər. Çünki həm Ermənistan, həm də onun havadarları Azərbaycan Ordusunun gücünə bələddir və “dəmir yumruğ”un dadını unutmamış olmazlar. Ermənistan rəhbərliyi Fransa kimi işğalçı bir ölkənin fitnə-felinə aldanmaq və Avropa İttifaqının missiyasına ümid etmək əvəzinə, Azərbaycanla birbaşa sülh danışıqlarını davam etdirməli və buna nail olmalıdır. Bu, məğlub ölkənin gələcəyi üçün daha məqsədəuyğundur. Əks halda, yeni müharibə ssenariləri gündəmə gələ bilər və bu dəfə Ermənistan uzun müddət özünə gələ bilməyəcək. 2023-cü ildən fəaliyyətə başlayan Avropa İttifaqı missiyasının regionda sülhə töhfə vermədiyi açıq şəkildə özünü büruzə verir”.

Ə.Bədəlov Ermənistanın Rusiya, Fransa və Avropa İttifaqından özünə sərf edən “xoşbəxtliyi” tapa bilmədiyindən bu dəfə ABŞ-a üz tutduğunu vurğulayaraq deyib ki, Cozef Bayden hökumətinin gethaget vaxtı ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq barədə Xartiyanın imzalanması məğlub ölkədə sanki böyük bir uğur kimi qiymətləndirildi. ABŞ-ın keçmiş Dövlət katibi Antoni Blinkenin xartiya ilə bağlı fikirləri hayları ürəkləndirsə də, əslində, bu, Cozef Bayden hökumətinin ömrünün son günlərini yaşadığı bir vaxtda baş verdi. Xatırladaq ki, Antoni Blinken xartiya ilə bağlı bildirmişdi ki, Amerika tezliklə, ən geci bir həftəyə Ermənistana sərhəd təhlükəsizliyi ilə bağlı xüsusi qrup göndərəcək. Bu, Cozef Bayden hökumətinin xəyalları idi və Ağ evin yeni rəhbərliyi bu xəyalları hələ də gerçəkləşdirmək barədə düşünmür. ABŞ-ın yeni seçilmiş prezidenti də çox yaxşı bilir ki, Ermənistan kimi zəif bir ölkə ilə tərəfdaşlıq xartiyasının ABŞ-a heç bir faydası olmayacaq.

Siyasi şərhçinin qənaətinə görə, İrəvanın hiyləgər siyasəti və ona dəstək verən siyasi riyakarların əsas məqsədləri regionda gərginliyi artırmaqdır: “Ermənistanın müdafiə naziri Suren Papikyan bu çirkin oyunları ört-basdır etmək üçün deyib ki, guya, Cənubi Qafqaz regionunda gərginliyin artması üçün heç bir əsas yoxdur. O, yalanlarını və Qərbə sığınmaqlarını bu yolla öz sərhədlərinin təhlükəsizliyini və toxunulmazlığını təmin etməyə çalışdıqlarını deməklə ört-basdır etməyə çalışıb. Papikyan, guya, bu xartiyanın imzalanmasından sonra Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın davam etdiyini və imzalanmış strateji tərəfdaşlıq sənədinə uyğun şəkildə irəlilədiyini qeyd edib. Əslində isə bu istiqamətdə hələ ki, heç bir müsbət dinamika müşahidə olunmur”.

Ə.Bədəlov Ermənistanın ABŞ-la imzaladığı strateji tərəfdaşlıq sənədinin məğlub ölkənin Qərbin himayəsinə sığınmaq niyyətindən başqa bir şey olmadığını diqqətə çatdırıb. ABŞ-da güclü erməni lobbisinin mövcudluğundan söhbət açan siyasi şərhçi deyib ki, bu da Ermənistanın həmin ölkə ilə əlaqələr qurmasına şərait yaradır. Beynəlxalq ictimaiyyət də Fransa-Ermənistan əməkdaşlığının arxasında Fransadakı güclü erməni lobbisnin dayandığının şahidi olmuşdu. Lakin bu “əməkdaşlıq”, Ermənistanın sülh yolunda irəliləməsi üçün heç bir kömək yaratmır və ölkəmizə qarşı təhdiddir. Təbii ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə getdikcə mətinləşən yenilməz Azərbaycan Ordusu belə təhdidlərdən heç zaman çəkinməyib və öz torpaqlarını müdafiə etməyə qadirdir. ABŞ-Ermənistan strateji tərəfdaşlıq sənədi, siyasi riyakarların, hayların hiyləgər siyasətinin reallaşdırılmasına dəstəkdir. Bu da güclü və qüdrətli Azərbaycan Ordusu qarşısında Cənubi Qafqazda sülhə və sabitliyə heç bir təhlükə yarada bilməz.

“Azərbaycanın Ermənistanla sülh müqaviləsinin şərtlərindən biri də sərhəddən üçüncü dövlətin qüvvələrinin çıxarılmasıdır. Ancaq İrəvan əksinə, sərhədə yeni xarici qüvvələr gətirməyə can atır. Rəsmi İrəvanın həm sərhədə xarici qüvvə yığmağa davam etməsi, həm də “sülh sənədini imzalamağa hazırıq” riyakarlığı, deyəsən, hələ bir müddət davam edəcək. Ermənistanın yeganə çıxış yolu, Azərbaycanla sülh müqaviləsi imzalamaqdır. Əks halda, Ermənistanın hər hansı siyasəti yenə də işğalçılıq siyasəti kimi qiymətləndiriləcək”, - deyə Ə.Bədəlov bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Fevral 2025 08:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri