Icma.az
close
up
RU
İrəvanın Moskvaya 30 illik sözü ortaya çıxdı: Zəngəzur dəhlizi ilə bağlı yeni vəziyyət

İrəvanın Moskvaya 30 illik sözü ortaya çıxdı: Zəngəzur dəhlizi ilə bağlı yeni vəziyyət

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Son dövrlərdə Rusiya və İranın Zəngəzur dəhlizinin açılmasına qarşı mövqelərinin yenidən aktivləşməsi regionda diqqət çəkən geopolitik gərginlik yaratmağa başlayıb.

Zəngəzur dəhlizi yalnız Azərbaycan və Ermənistanı birləşdirən tranzit yolu deyil, həm də regionda enerji və ticarət axınlarını formalaşdıran strateji marşrut kimi önəm daşıyır. Rusiya və İranın mövqeyi bu dəhlizin açılmasının onların regional təsir imkanlarını məhdudlaşdıracağı qorxusundan irəli gəlir. Onlar həm iqtisadi, həm də geosiyasi maraqlarını qorumaq məqsədilə Azərbaycanın təşəbbüslərinə qarşı çıxır, eyni zamanda Cənubi Qafqazda yeni balansların formalaşmasına təsir göstərməyə çalışırlar.

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, 2021-ci ilin məlumatına əsasən Ermənistanda dəmir yollarının ümumi uzunluğu təxminən 700 kmdir və bunun demək olar tamamı Rusiyanın nəzarətindədir:

“O cümlədən, dəmir yolları kadrları, dispetçerlik və texniki istismar Rusiya standartlarına bağlıdır. Belə ki, Rusiya Dəmiryollarının subsidiarı olan “Cənubi Qafqaz Dəmiryolu” şirkəti 2008-ci ildə Ermənistandan 30 illik konsessiya alıb. Başqa sözlə, Rusiya ən azı 2038-ci ilədək Ermənistanda mövcud dəmir yol sistemini idarə etməyə davam edəcək. Konsessiyanın ləğvi dövlətlərarası kommersiya hüququ elementləri daşıyaraq beynəlxalq arbitraj, milyardlarla dollar kompensasiya riski daşıdığına görə, yaxın və orta perspektivdə nəzərdə tutulmur. Lakin baş nazir Nikol Paşinyan yeni layihələr, sazişlər vasitəsilə bir sıra strateji sahələrdə, o cümlədən, enerji, mədən və təhlükəsizlik sahələrində Rusiya təsirini azaldıb. TRIPP (Zəngəzur dəhlizi) layihəsi Ermənistanın Rusiyadan həm də strateji sayılan dəmiryolları vasitəsilə beynəlxalq nəqliyyat-logistika imkanları əldə etməsində, dünyaya çıxışında asılılığının azaldılması baxımından əhəmiyyətlidir.


Şəhla Cəlilzadə

TRIPP layihəsi yaxın perspektivdə, 49 yaxud 99 illik müddətdə (hansı variant reallaşacaqsa) İrəvanın Moskvadan müvafiq asılılığının azalmasına gətirib çıxaracaq. Uzun perspektivdə ola bilsin ki, Rusiyanın Ermənistanın dəmiryolu sahəsində təsiri yox ediləcək. Odur ki, Kreml buna həssas yanaşır. Çünki strateji sahələrə nəzarət imkanlarının azalması Rusiyanın Cənubi Qafqazda təsir gücünün azalması deməkdir. Buna görə də, Kreml rəsmiləri Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyünü, bu ölkənin sərhədlərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) fəaliyyətini diqqətə çatdıraraq Moskvanın TRIPP layihəsində də iştirakını tələb edir. Tarixi paralellər aparsaq, Rusiya 1994-cü ildə əldə olunan “Əsrin müqaviləsi”nə də qəti qarşı çıxırdı. Lakin burada müəyyən pay əldə etdikdən sonra geri çəkildi. Aydındır ki, Moskvanın yeni qlobal layihənin qarşısını almağa gücü və iradəsi yenə də yetməyəcəkdir. Lakin ola bilsin ki, Paşinyan hakimiyyəti TRIPP-lə bağlı sazişdə qeyd olunduğu kimi üçüncü tərəflərlə əməkdaşlıq çərçivəsində Rusiyaya müəyyən pay bölgüsü ayırsın.

Bu, ehtimaldır. Lakin necə ki, Azərbaycanın enerji resurslarının Qərb istiqamətində daşınması Rusiyanın geosiyasi təsir imkanlarını azaltdı, eləcə də yeni qlobal kommunikasiya layihəsi reallaşdıqdan sonra Rusiyanın bölgəyə təsiri müvafiq sahədə bir o qədər azalacaq, balanslaşdırılacaq. Bunun baş verməsi qaçınılmazdır”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see238

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see217

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see200

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see187

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see172

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri