İrəvanla Bakıya sülh sazişini imzalamaqda kömək etməyə hazırıq Lavrov
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına fəal dəstək verməkdə davam edir.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla geniş tərkibdə görüşü zamanı deyib.
Lavrov vurğulayıb ki, Moskva sülhün bərqərar olmasında və ikitərəfli münasibətlərin tam normallaşdırılmasında səmimi maraqlıdır. Onun sözlərinə görə, bu prosesin möhkəm təməli 2020 və 2022-ci illərdə Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli sazişlərdir.
"Biz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanı alqışlayırıq və sənədin yekun imzalanması üçün qalan məsələlərin həllini dəstəkləməyə hazırıq", - Lavrov qeyd edib.
O vurğulayıb ki, İrəvan həm nəqliyyat və iqtisadi marşrutların açılmasında, həm də sərhəd və humanitar məsələlərin həllində Moskvanın dəstəyinə tam arxalana bilər.
Rusiya XİN rəhbəri həmçinin qeyd edib ki, Rusiya 3+3 regional əməkdaşlıq formatına önəm verir və onun potensialına inanır. O, artıq həmin formatda üçüncü foruma hazırlıq işlərinin getdiyini qeyd edərək, bugünkü müzakirələr çərçivəsində tərəflərin də bu məsələləri həll edəcəyinə ümidvar olduğunu bildirib.
Baxış sayı:63
Bu xəbər 21 May 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















