Icma.az
close
up
RU
İrfan Can Kahveci ilə Cenk Tosun əfv olunacaq?

İrfan Can Kahveci ilə Cenk Tosun əfv olunacaq?

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

“Fənərbaxça”da ayrılıqlar davam edir.

İstanbul nəhənginin rəhbərliyin və məşqçilər korpusunun qərarı ilə əvvəlcə futbol əlaqələndiricisi Alpər Yemenciler, sonra da baş dietoloq Cenk Özyılmazla yolları ayırdığını, eləcə də iki təcrübəli futbolçu – İrfan Can Kahveci və Cenk Tosunun əsas komandadan kənarlaşdırıldığını xəbər vermişdik.
"Football-plus.az"ın məlumatına görə, “Fənər” daha 4 skautla vidalaşdı. Bunlar Barış Alpaslan, Mərt Bayhan, Ayberk Ağar və Suphi Baykamdı.
Təbii ki, fanatları ilk növbədə İrfan Canla Cenk Tosunun aqibəti maraqlandırır. Bu futbolçular “Samsunspor”la qarşılaşmada müəyyən intizamsız hərəkətlərə yol vermişdilər. İrfan Can paltardəyişmə otağında bəzi komanda yoldaşlarına etirazını bildirmiş, Cenk isə meydana çıxa bilmədiyinə görə 5-ci əvəzetmədən sonra gödəkçəsini yerə fırladaraq məşqçilər korpusuna etiraz etmişdi.
Bu arada Türkiyə mətbuatının yazdığına inansaq, hər iki futbolçunun əfv olunması gündəmə gəlib. Çünki onların hər ikisi səhvlərini anlayaraq bundan dərs çıxarmağa çalışacaqlarını bildiriblər. Başqan Sadəttin Saran məşqçilər korpusunun razılığını alandan sonra həm İrfana, həm də Cenkə ikinci bir şans verməyi planlaşdırır. Ancaq bunun bu qədər erkən yox, ən azı 2-3 həftə sonra baş verəcəyi gözlənilir.
Saran çərşənbə günü prezident vəzifəsində ilk dəfə geniş mətbuat konfransı keçirmiş və klubun gündəmində duran mövzular haqda danışmışdı. O, baş məşqçi Domeniko Tedesko ilə yola davam edəcəklərini bildirmişdi. İrfan Can Kahveci və Cenk Tosunla bağlı isə prezident bunları demişdi:

“Onlardan biri ilə görüşüb söhbət etmişəm. Digəri ilə də görüşəcəm. Heç kimlə pis şəkildə ayrılmaq istəmirik. Onları sevirəm və cəzalandırmaq kimi bir düşüncəmiz yoxdu. Mən özüm də bir atayam. Onlar hər kəsə örnək olmalıdılar. Belə olduğu müddətdə biz də lazım olan dəstəyi verəcəyik. Qışda ayrılmaları ilə bağlı hələlik heç bir qərar qəbul olunmayıb. Dediyim kimi öncə söhbət edəcək, sonra durumu dəyərləndirəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:293
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Oktyabr 2025 23:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri