İri bank Azərbaycanın dəmir yolu xətti üçün 300 milyon dollar kredit ayıra bilər
Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Asiya İnkişaf Bankı (ADB) Bakı–Böyük Kəsik dəmir yolu xəttinin elektrikləşdirmə, siqnalizasiya və telekommunikasiya layihəsinə 300 milyon ABŞ dolları məbləğində kredit ayıra bilər.
Bu barədə banka istinadən xəbər verilir

Məlumata əsasən, layihə dəmir yolu xətti boyunca elektrikləşdirmə, siqnalizasiya və telekommunikasiya sistemlərinin (EST) tədarükünü və quraşdırılmasını əhatə edir. Bu xətt Şərq-Qərb dəmir yolu dəhlizinin bir hissəsidir və "Azərbaycan Dəmir Yolları" QSC-nin beynəlxalq yük daşımalarına xidmət edir. İxracların əksəriyyəti ya Bakı-Böyük Kəsik, ya da Biləcəri-Yalama marşrutu ilə həyata keçirilir.
Təklif edilən layihə xəttin müasir elektrikləşdirmə infrastrukturu (dirəklər, kontakt şəbəkəsi, yarımstansiyalar, kabellər), siqnalizasiya sistemləri (yol boyu siqnallar, stansiyalarda avadanlıqlar, kabellər) və telekommunikasiya sistemləri (dəmir yolu şəbəkə rabitə sistemləri, bortdakı elektron cihazlar, fiber-optik və simsiz rabitə sistemləri) ilə tam təchiz edilməsini və iki dəmir yolu dəhlizi boyunca dəyişən cərəyan enerji təchizatı və siqnalizasiyanın tamamlanmasını hədəfləyir.
Layihənin həyata keçirilməsi nəticəsində Azərbaycanın iqtisadi cəhətdən davamlı dəmir yolu nəqliyyatı inkişaf edəcək. Bundan başqa, Şərq-Qərb və Şimal-Cənub dəmir yolu dəhlizləri boyunca enerji səmərəli və təhlükəsiz dəmir yolu əməliyyatları olacaq.
© "Report"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 21 Noyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















