Sosial Xidmətlər Agentliyi tələbələr üçün növbəti karyera təlimi təşkil edib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Karyera günü” çərçivəsində daha bir görüş təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tərəflər arasında imzalanmış memoranduma əsasən Bakı Biznes Universitetində keçirilən tədbirdə tələbələrə Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri və xidmət kontingenti barədə məlumat verilib.
Bildirilib ki, həmin fəaliyyətin həyata keçirilməsində ixtisaslı kadrlara həmişə ehtiyac var və “Sosial iş”, “Psixologiya” ixtisasları da bu baxımdan çox əhəmiyyətlidir.
Görüş iştirakçılarına Agentlikdə təcrübə keçmək imkanları, karyerada diqqət etməli olduqları xüsusi məqamlar, bu istiqamətdə araşdırmanın vacib mərhələləri, eləcə də karyera planlamasının üstünlükləri barədə yerli və beynəlxalq mənbələrə əsaslanan təlim keçilib.
Təlimin yekununda tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 27 May 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















