İrlandiya İsrail oyununda insident: məşqçiyə tüpürüldü
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
“İrlandiya - İsrail” matçında komandaların nümayəndələri arasında insident yaşanıb.
QOL.az “The Irish Times”a istinadən xəbər verir ki, hadisə görüşün ilk hissəsindən sonra futbolçular və məşqçi heyətinin paltardəyişmə otaqlarına yollandığı zaman tribunaların altındakı keçiddə baş verib.
İrlandiya millisinin fiziki hazırlıq üzrə məşqçisi Damien Doyle İsrail yığmasının futbolçularından birinin ona tüpürdüyünü iddia edib.
Hadisənin baş hakim tərəfindən matçın rəsmi protokoluna daxil edilib-edilmədiyi məlum deyil.
Qeyd edək ki, Millətlər Liqasının B Liqasının 3-cü qrupunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bundan əvvəlki görüşdə olduğu kimi, komandalar final fitindən sonra bir-biri ilə əl sıxmayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 05 Oktyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















