Icma.az
close
up
RU
İrlandiyadan Azərbaycana köçürülən pullar kəskin artıb Tam siyahı

İrlandiyadan Azərbaycana köçürülən pullar kəskin artıb Tam siyahı

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Bu ilin ilk 3 ayı ərzində fiziki şəxslər tərəfindən Azərbaycana xarici ölkələrdən 296 milyon 917 min dollar pul göndərilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə xaricdən göndərilən pulun miqdarı 29,4% və ya 67 milyon 423 min dollar artıb.
Qeyd edək ki, Azərbaycana ən çox Rusiyadan pul göndərilib. Üç ay ərzində xaricdən köçürülən pulların 37,3%-i (110,8 milyon dollar) Rusiyanın payına düşüb. Rusiyadan göndərilən pulların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 29,4% artıb.
Onu da bildirək ki, bəzi ölkələr üzrə pul köçürmələrinin həcmində kəskin artım qeydə alınıb. Belə ki, İrlandiyadan Azərbaycana göndərilən vəsait bir il əvvəllə müqayisədə təxminən 8 dəfə artaraq 3,1 milyon dollardan 24,6 milyon dollara yüksəlib. Gürcüstandan daxil olan vəsait 53%, BƏƏ-dən 28%, Almaniyadan 31%, Lüksemburqdan isə 5 dəfədən çox artıb.
Eyni zamanda, bəzi ölkələrdən pul köçürmələrində ciddi azalma müşahidə olunub. Məsələn, Qətərdən göndərilən vəsait 14%, İsveçrədən 19%, Avstriyadan 34%, Polşadan 24%, Belarusdan isə təxminən 30% azalıb.
Bu ilin ilk 3 ayı ərzində Azərbaycana ən çox aşağıdakı ölkələrdən pul köçürülüb:
Rusiya – 110,8 milyon dollar (ümumi pulların 37,3%-i);
Türkiyə – 49,9 milyon dollar (16,8%);
İrlandiya – 24,59 milyon dollar (8,3%);
ABŞ – 23,91 milyon dollar (8,1%);
Böyük Britaniya – 10,55 milyon dollar (3,6%);
Gürcüstan – 10,32 milyon dollar (3,5%);
Birləşmiş Ərəb Əmirlikləri – 9,89 milyon dollar (3,3%);
Almaniya – 6,09 milyon dollar (2%);
Fransa – 6 milyon dollar (2%);
Səudiyyə Ərəbistanı – 5,79 milyon dollar (2%);
Qazaxıstan – 5,47 milyon dollar (1,8%);
Özbəkistan – 3,89 milyon dollar (1,3%);
Qətər – 3,84 milyon dollar (1,3%);
İsrail – 2,65 milyon dollar (0,9%);
İsveçrə – 2,27 milyon dollar (0,8%);
Litva – 1,86 milyon dollar (0,6%);
Avstriya – 1,53 milyon dollar (0,5%);
Niderland Krallığı – 1,42 milyon dollar (0,5%);
Kanada – 1,08 milyon dollar (0,4%);
Qırğızıstan – 812 min dollar (0,3%);
Küveyt – 797 min dollar (0,3%);
Polşa – 702 min dollar (0,2%);
Lüksemburq – 631 min dollar (0,2%);
İtaliya – 576 min dollar (0,2%);
Çin – 572 min dollar (0,2%);
Belarus – 555 min dollar (0,2%);
Digər dövlətlər – 10,4 milyon dollar (3,5%).
Elnur Əli
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 16 İyun 2026 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri