Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

İrlandlı qadın, dəniz qulduru, əri ilə savaşan xanım KONKRET

İrlandlı qadın, dəniz qulduru, əri ilə savaşan xanım KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qreyn O, Melli təxminən 1530-cu ildə irland dənizçi başçısının ailəsində dünyaya gəlib. Uşaqlıqdan dəniz onu özünə o qədər çəkirdi ki, göyərtədə olmaq üçün hər şeyə hazır idi. Ancaq atası öz sözündə dururdu: gəmidə qadın olması pis əlamətdir, heç bir istisna yoxdur.

KONKRET.az xəbər verir ki, cəmi on üç yaşı olan qız gecəni gözlədi, atasının kayutasına girdi, qılıncla saçlarını kəsdi və növbəti səhər başı dik, “İndi mən kişiyəm, deməli bəla da yoxdur” sözləri ilə onun qarşısına keçəl halda çıxdı.

Atası bu qətiyyətdən heyrətə gəlib, imtina etməyə güc tapmadı və məhz bu hərəkətinə görə Qreyn həmişəlik “keçəl” mənasını verən Qranuayl ləqəbini aldı.

Sonra onu güclü bir klanının varisi olan, döyüşkən Domnalla ərə verdilər və burada Qranuaylın xarakteri yeni tərəfdən üzə çıxdı: o, evdə oturub ev işi ilə məşğul olmaqdan qətiyyən imtina etdi, əvəzində ərinin donanmasının başına keçib onu əsl dəniz quldurları donanmasına çevirdi.
Dənizi xüsusi sevməyən Domnalla etiraz etmədi. Üstəlik quldurluqdan gələn gəlirlər sürətlə artırdı. Ancaq 1560-cı ildə əri döyüşlərin birində öldürüldü və Qranuayl klanın qəddar qaydası ilə üzləşdi: başçı öləndən sonra dul arvadın onun gəmilərinə hüququ yoxdur, donanma isə digər qohumlara keçdi.

O, üç uşaqla və bir dənə də gəmi olmadan qaldı, ancaq taleyindən şikayət etmək əvəzinə iki yüz könüllü topladı, Kler adasında məskunlaşdı və bir neçə ilə Meyo qraflığının demək olar ki, bütün sahilini özünə tabe etdi.

Heç cürə təslim olmayan yeganə qala Rokflit qalası idi, orada heç vaxt zirehini çıxarmayan və gücə tabe olmağı düşünməyən Berk nəslindən olan Dəmir Riçard hökm sürürdü. Qranuayl hücumun çox baha başa gələcəyini anlayaraq başqa yol seçdi: qədim irland adətinə görə, cütlük əvvəlcə bir il birlikdə yaşayır, sonra əsl ər-arvad olub-olmayacağına qərar verirdi — o, Riçarda bir illik “sınaq nikahı” təklif etdi. Riçard razılaşdı və bu il ərzində Qranuayl ona bir oğul doğdu, lakin əri uzun yürüşdən qayıdanda o, qapıları açmadı və boşanma elan edərək qalanı özündə saxladı.

Sonra ingilislərlə müharibə onun ilk oğlunu əlindən aldı — o, əsirlikdə sirli şəraitdə həlak oldu, ortancıl oğlu isə taca xidmət etməyə keçib öz anasına qarşı ov təşkil etməyə başladı. Bu, yəqin ki, onun həyatındakı ən ağır zərbə idi.

1593-cü ilə qədər Qranuaylın vəziyyəti demək olar ki, çıxılmaz oldu: Konnaxt qubernatoru onun torpaqlarını dağıtdı, qardaşını və başqa bir oğlunu əsir götürdü, dəniz qulduru isə bütün ömrü boyu qarət etdiyi şəxsə — İngiltərə kraliçası I Yelizavetaya müraciət etməyi qərara aldı.

O, məktub yazıb tacın öz düşmənlərinə “od və qılıncla” hücum edəcəyinə söz verdi, əvəzində öz ingilis məmurlarından qorunma istədi, tezliklə isə onların Londonda məşhur şəxsi görüşü baş tutdu. İki “kraliça” — biri qan, digəri ruh baxımından — nə barədə danışdı, tarix susur, ancaq nəticə tez oldu: əsirlər azad edildi, təqib dayandırıldı. Qranuayl İrlandiyaya qayıtdı və vədini vicdanla yerinə yetirdi, ingilislərin tərəfində üsyançı qraf Tirkonnellə qarşı vuruşdu, ancaq bu əməkdaşlıq ona baha başa gəldi — 1598-ci ildə onu xəyanətkar sayan irland üsyançıları torpaqlarını dağıtdı və o, son dəfə Kler adasına sığındı.

Məhz o illərə hətta təcrübəli dənizçilərin belə ondan niyə qorxduğunu istənilən salnamədən daha yaxşı izah edən məşhur əfsanə aiddir: deyilənə görə, hələ daha əvvəl, Dəmir Riçarddan oğlu Tibbotu doğarkən, doğuşdan iki gün sonra onun gəmisinə Əlcəzair dəniz quldurları hücum edib. Ayaqda güclə dayana bilən Qranuayl göyərtəyə çıxıb qışqırdı: “Doğuş döyüşdən daha ağrılıdır! Hansınız yanımda uzanmağa cəsarət edəcək?” — və komandası gülərək və nərildəyərək əlcəzairliləri parça-parça etdi.

Qranuayl 1603-cü ildə, Yelizaveta ilə eyni ildə, öz Rokflit qalasında vəfat etdi, Kler adasındakı ailə kapellasında dəfn edildi, məzarında isə latın devizi yazıldı: “Terra Marique Potens” — “Quruda və dənizdə qüdrətli”.

Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 İyul 2026 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri