İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab VIDEO
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yeni tədris ili başlasa da, valideynləri narahat edən əsas məsələlərdən biri iş dəftərləri və onların qiymətləridir.
Oxu.Az İTV-yə istinadla xəbər verir ki, valideynlər övladları üçün bu vəsaitləri almaqda çətinlik çəkdiklərini bildirirlər.
Məsələ ilə bağlı danışan təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, bir ailədə iki və ya daha çox uşaq olanda maliyyə yükü daha da artır. Ekspertin sözlərinə görə, auditoriyadakı şagirdlərin hamısında iş dəftərlərinin olmaması mövzuların mənimsənilməsində və sinifdə balansın pozulmasına səbəb olur. O, bu problemin həlli üçün iş dəftərlərinin sponsorluq hesabına və ya qanunvericilik dəyişikliyi ilə şagirdlərə pulsuz verilməsini təklif edib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən isə bildirilib ki, məktəblərdə hər hansı əlavə tədris resursundan istifadə yalnız valideynlərin razılığı ilə həyata keçirilməlidir. İş dəftərlərinin alınması könüllü olmalı və heç bir halda məcburi xarakter daşımamalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:232
Bu xəbər 20 Sentyabr 2026 03:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















