Icma.az
close
up
RU
Məcburi köçkünün mənzil iddiasına qurumdan RƏSMİ CAVAB

Məcburi köçkünün mənzil iddiasına qurumdan RƏSMİ CAVAB

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


Məcburi köçkün Elnarə Tahir qızı Səlimova Ağdərə rayonunun Həsənriz kəndində dövlət tərəfindən ona verilmiş evdən narazıdır.

"Bakupost" xəbər verir ki, vətəndaş Oxu.Az-a müraciət edərək, uzun illər Bərdə rayonunun Əliyanlı kəndində yerli vətəndaşa məxsus köhnə evdə yaşadıqlarını bildirib.

"Nəhayət, iyunun 17-də keçirilmiş püşkatma nəticəsində ailəmizə Ağdərə rayonunun Həsənriz kəndində dövlət tərəfindən təmir edilmiş mənzil təqdim olundu. İyunun 20-də mənzilə baxış keçirdiyimiz zaman böyük məyusluq yaşadıq. Bizə təqdim olunan mənzil faktiki olaraq yaşayış üçün uyğun vəziyyətdə deyildi. Mənzilin əvvəlcə bir yaşayış evi olduğu, sonradan karton arakəsmələrlə iki mənzilə bölündüyü, daha sonra isə yenidən arakəsmələr vasitəsilə otaq sayının artırıldığı məlum oldu. Bunun nəticəsində pəncərəsiz, son dərəcə dar, hətta içinə bir çarpayı belə yerləşdirilməsi mümkün olmayan otaqlar yaradılıb. Belə şəraitdə altınəfərlik ailənin, xüsusilə üç azyaşlı uşağın yaşaması mümkün deyil".

Sözügedən iddia ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ünvanlanan sorğuya cavab olaraq qurumdan Oxu.Az-a bildirilib ki, Elnarə Səlimovanın müraciəti əsasında, növbəti mərhələlərdə onun Ağdərə rayonunun Həsənriz kəndinə köçürülməsi məsələsinə yenidən baxılacaq:

"Kəlbəcər rayonundan keçmiş məcburi köçkün Elnarə Tahir qızı Səlimova ailə üzvləri ilə birgə Bərdə rayonunun Əliyanlı kəndində müvəqqəti məskunlaşıb. Ailənin ağır və yararsız şəraitdə yaşaması nəzərə alınaraq, könüllü müraciətləri əsasında onlar Ağdərə rayonunun Həsənriz kəndinə köçürülmə ilə bağlı keçirilən püşkatma tədbirinə dəvət olunublar. Püşkatmada iştirak etdikdən sonra vətəndaş ona məxsus evlə tanış olmaq üçün Həsənriz kəndinə gedib. Bundan sonra həmin evə köçməkdən imtina edib.

Nəzərinizə çatdırırıq ki, işğaldan azad edilmiş ərazilərdə ev və ya mənzillərin verilməsi zamanı şəffaflıq və ədalət prinsipinin təmin edilməsi, eləcə də hər bir köçkünün eyni imkanlara malik olması üçün püşkatma keçirilir. Püşkatmaya çıxarılan yaşayış sahələrinin kodları aidiyyəti bölgədə olan Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən Dövlət Komitəsinə təqdim edilir. Komitə bunun əsasında püşkatma keçirir.

Bildiririk ki, püşkatmada ona düşən ev və ya mənzildən imtina edən məcburi köçkün bir müddət sonra (ardıcıllıq nəzərə alınmaqla) yenidən püşkatma tədbirinə dəvət oluna bilər. Elnarə Səlimovanın müraciəti əsasında, növbəti mərhələlərdə onun Ağdərə rayonunun Həsənriz kəndinə köçürülməsi məsələsinə yenidən baxılacaq".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 İyul 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see356

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see349

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see342

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see310

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see301

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see300

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see272

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see272

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see264

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see259

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see242

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see239

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see239

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see237

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see233

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see230

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see226

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see224

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see214

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri