Icma.az
close
up
RU
İş qrafikini dəyişsək, tıxaclar azalacaq? FƏRQLİ FİKİRLƏR

İş qrafikini dəyişsək, tıxaclar azalacaq? FƏRQLİ FİKİRLƏR

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda dövlət orqanları və müəyyən müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən təşkil edilməsi nəzərdə tutulub.

İş saatlarının qrafikinin dəyişdirilməsi tıxacların azalmasında nə kiçi rol oynaya bilər?

Elməddin Muradlı: İş saatı qrafikinin bu cür dəyişməsi tıxaclara yaxşı mənada təsir edəcək

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, iş saatlarının dəyişdirilməsi ilə bağlı ciddi təhlillər aparılmalıdır. İş vaxtının hansı saatlarda olması problem yaratmaz və s. kimi məsələlər düşünülməlidir.

Ekspert hesab edir ki, birdən birə belə rejimə keçmək düzgün deyil, amma bununla bağlı maraqlı yanaşmalar da var:

“Məsələn, iş saat 07:00-da başlayıb 16:00-da, 08:00-da başlayıb 17:00-da bitə bilər. Hətta bəzi özəl və dövlət müəssisələrində 10:00-da başlayıb 19:00-da da bitə bilər. Buna səbəb isə hər kəsin eyni saatda işə başlayıb eyni saatda işdən çıxmasıdır. Düzdü, müəyyən sahələrdə işə saat 08:00-da başlanılır, digərlərində isə 09:00-da. Bu saatların fərqləndirilməsi nəqliyyat axınını parçalıyır. İş saatı qrafikinin bu cür dəyişməsi tıxaclara yaxşı mənada təsir edəcək”.

Müsahibimiz qeyd edib ki, bu, yaxşı təklifdir, lakin gərək mütəmadi şəkildə nəzarətdə saxlanılıb, əməl olunsun:

“Elə müəssisələr var, bildirəcək ki, işçiyə maaş verirəm, mən dediyim saatda gəlməlidir. Yaxud da saxta siyahı verəcək ki, mənim 50 işçim var 25-25 bölüb, ayrı saatlara salacam, amma bu, sadəcə sözdə qalacaq. Buna isə Əmək Müfəttişliyi güclü nəzarət etməlidir ki, belə hallar baş verməsin”.

Onun sözlərinə görə, müəyyən işlər var ki, onlayn qaydada görmək mümkündür. Belə işçiləri nəzərə alıb evdən işləmələrinə şərait yaradılsa, daha yaxşı olar, ancaq müəssisə müdirləri işçilərin onlayn şəkildə işləməsini qəbul edə bilmir, sanki maaşı havadan verirmiş kimi qəbul edir.

E.Muradlı bildirib ki, əslində, iş yerləri işçilərin daşınması üçün sevislər nəzərdə tutmalıdır:

“Tutalım ki, bir zavodda 1000 işçi varsa, onun 400-ü şəxsi maşından istifadə edir. Bu da tıxaca təsir edir. Ancaq servislərin olması tıxacın azalmasında nisbətər rol oynayar”.

Rauf Ağamirzəyev: İş saatının sürüşdürülməsi heç bir nəticə verməyəcək

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev isə bildirib ki, təkcə iş saatının dəyişdirilməsi ilə heç nə dəyişmir. Onun sözlərinə görə, Dövlət proqramında qeyd olunur ki, bütün bəndlər icra olunduğu təqdirdə, həmçinin iş saatının dəyişdirilməsi müsbət nəticə verə bilər:

"Gün ərzində 300 min avtomobil şəhərə daxil olursa, onun müəyyən bir qismini ictimai nəqliyyata yönləndirmək üçün ictimai nəqliyyatda yeniliklər etmək lazımdır. Müəyyən sahələr yenidən qurulmalıdır, qatarların, stansiyaların sayı artırılmalıdır, elan olduğu kimi şəhərin daxilində metro, tramvay tikilməlidir. Belə olan halda, iş saatının qrafikinin dəyişdirilməsinin tıxaca müsbət qatqısı ola bilər. Yəni, şərait yaradılmalıdır ki, insanlar fərdi nəqliyyatla yox, ictimai nəqliyyatla hərəkət etsinlər".

Ekspert qeyd edib ki, yollarımızda tıxacın saatının pik olduğu anlayış artıq itib. Hər saat tıxac müşahidə olunur, ona görə iş saatının sürüşdürülməsi belə vəziyyətdə heç bir nəticə verməyəcək.

"Avtobus zolağının çəkilməsi ilə müşahidə edirik ki, avtobusda sürət və sərnişin artıb, amma tək avtobus zolağı ilə 3 milyondan artıq əhalisi olan şəhərin tıxacını idarə etmək olmaz. Şəhərin onurğa sütunu yerüstü nəqliyyatdır. Şəhərətrafı dairəvi yolların tikilməsi, ümumiyyətlə dövlət proqramında qeyd olunan məqamların hər birinin icrası tıxacın azalmasında müsbət rolunu göstərəcək".

Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Fevral 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri