Icma.az
close
up
RU
İş tapa bilməyən tələbələrin elədyi SƏHVLƏR

İş tapa bilməyən tələbələrin elədyi SƏHVLƏR

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Universitetə qəbul olarkən abituriyentlərin arzularından biri də yüksək bal toplamaq olur. Çünki düşünülür ki, yüksək bal toplayaraq univerisitetə qəbul olan və təhsilini başa vuranlara bir çox qapılar açılacaq. Amma reallıq fərqlidir. Belə ki, yüksək göstəriciləri olan bəzi gənclər iş tapmaqda çətinlik çəkir.

Təhsil eksperti Ramin Nurəliyev Valyuta.az-a bildirdi ki, yüksək bal toplamaq işə qəbul olmaqda hər hansı üstünlük təşkil etmir: “Bəli, işə götürənlər müəyyən qədər xüsusi yüksək bal toplayanlara üstünlük verə bilər, amma bu dövlət sektoru üçün keçərli deyil. Çünki dövlət sektorunda işə qəbul olma fərqli olur. Məsələn, müəllimlik ixtisasını bitirənlər MİQ imtahanına daxil olur, imtahan nəticəsinə əsasən  işə qəbul olunurlar.  Burada yüksək bal toplamaq və yaxud universiteti qırmızı diplomla bitirmək o qədər də çox əhəmiyyət daşımır. Özəl sektorlarda  isə vəziyyət bir az fərqli ola bilər. Özəl sektorda işə götürənlər müsahibə həyata keçirir və bunun nəticəsi olaraq əməkdaş seçirlər. Orada da həm ixtisas üzə bilik və bacarıqlara, həm də təcrübəvi biliklərə diqqət yetirilir. Özəl sektorda iş üçün müraciət edənin keçid balına, hansı ali təhsil ocağını bitirməsinə qədər diqqət ayrılır. Yəni, işə götürən üçün öz nominasiyalarına uyğun olaraq qəbul etmə prinsipi var. Bu müxtəlif iş sahələrində fərqli ola bilər. Hər işə götürən özünə məxsus nominasiya seçir, ona əsasən işə qəbul aparır. Bu təbii ki özəl sektora aiddir. Amma dövlət sektorunda daha çox imtahan əsasında həyata keçirilir”. 

Təcrübəvi biliklərə o qədər də çox diqqət ayrılmır

Təhsil eksperti deyir ki, nəzəri bilik çox, təcrübi biliklər isə azdırsa, yüksək bal toplayan gənclərin işə qəbulu çətin olur: "Azərbaycanda ali təhsil ocaqlarında nəzəri biliklərə üstünlük verilir. İmtahanlar yazılı, test üsulu və ya bilet çəkilməsi üsulu ilə  yazılı olaraq cavablandırılır. Təcübəvi biliklərə çox diqqət edilmir. Əgər biz ölkəmiz üçün gözəl, savadlı kadrlar yetişdirmək istəyiriksə, bunun təməli təbii ki, ali təhsil ocaqlarından gəlir. Yəni, nəzəri biliklərlə yanaşı, praktik biliklərin mənimsənilməsi çox vacibdir. Nümunə kimi hüquq ixtisasını götürək. Bu ixtisasda təhsil alan tələbə nəzəri bilikləri öyrənir, amma iddia ərizəsini yaza bilmir. Çünki praktiki olaraq bu ərizəni yazılması formatını ali təhsil ocaqlarında keçməyiblər. Maşın, energetika mühəndisliyi kimi təcrübə tələb edən ixtisaslarında da işin icraatında çətinliklər olur. Həqiqətən də təcrübə istiqamətində ciddi əksikliklər var. Ona görə də gəncin bacarığı, biliyi üstün olmalı, təcrübəvi, bununla yanaşı, dil bilikləri də olmalıdır. Öz ixtisası üzrə daha yaxşı təhsil almalı və bilməlidir. Sadalananlar olduqca vacibdir”. 

Yüksək bal toplamağın yerini günümüzdə təcrübə bilikləri verir

Təhsil eskperti qeyd etdi ki, təhsil ocaqlarında toplanan baldan asılı olmayaraq eyni biliklər tədris olunur: “Bu gün bizim təhsil ocaqlarımızda 300-500 ballarla qəbul olub eyni sinifdə oxuyanlar var. Bəzi plan yeri ayrılan ixtisaslarda yaxın bal toplayanlar eyni yerə qəbul olsa da, bəzi ixtisaslar var ki, plan yeri 25-30 nəfər üçündür. Orada 500-600 balla dövlət sifarişli oxuyanlar və 300 balla ödənişli əsaslarla oxuyanlar da var. Yəni, sözsüz ki, eyni proqram tədris olunur. Yekun nəticə etibari ilə diplom aldıqdan sonra gənclər iş həyatına başlayarkən müxtəlif situasiyalarla qarşılaşır. Qəbul imtahanında yüksək bal toplamaq universitetə qəbul üçün yararlıdır, iş həyatında önəmli rol oynamır. Yüksək bal toplamağın yerini günümüzdə təcrübə bilikləri verir”.

İnsan Resursları üzrə menecer Aytən Quliyeva Valyuta.az-a bildirdi ki, Azərbaycanda cəmiyyət uşaqları kiçik yaşlarından bir istiqamətə yönəldir: məktəbdə yaxşı oxumalısan, yüksək bal toplamalısan, prestijli universitetə qəbul olmalısan. Bu yanaşma hər zaman uğur gətirmir: "Çünki əmək bazarı çox sürətlə dəyişir və təkcə akademik göstəricilər iş tapmaq üçün kifayət etmir. İşəgötürənlər bu gün təkcə diplom və yüksək akademik nəticələrə baxmır, eyni zamanda insanın özünü necə inkişaf etdirdiyinə, hansı əlavə bacarıqlar əldə etdiyinə diqqət edirlər. Məsələn, mən Polşada çalışıram və burada işə qəbul zamanı diplom əsas şərtlərdən biri olsa da, onun hansı sahədə olması çox vaxt o qədər də önəmli deyil. Əsas odur ki, namizədin praktiki bilikləri, təcrübəsi və əlavə bacarıqları olsun".

Gənclər əmək bazarını araşdırmalıdır

A.Quliyeva deyir ki, gənclər təkcə yüksək bal toplamağa fokuslanmamalı, əmək bazarını araşdırmalı, hansı sahələrin böyüdüyünü və hansı bacarıqlara ehtiyac olduğunu öyrənməlidirlər: “Yüksək balın yerini bu gün real bacarıqlar, praktiki təcrübə, əlavə kurslar, xarici dillər və şəbəkələşmə (networking) tutur. Bundan əlavə, hər bir insan akademik sahədə uğurlu ola bilməz. Bəzi gənclər üçün peşə yönümlü sahələr daha uyğun ola bilər. Valideynlər övladlarının yalnız universitetə getməsini əsas məqsəd kimi görmək əvəzinə, onların maraq və bacarıqlarını nəzərə alaraq, onlara fərqli seçim imkanları da təqdim etməlidirlər. Ümumiyyətlə, bilik dəyərlidir, amma müasir dünyada uğur qazanmaq üçün yalnız nəzəri biliklər kifayət deyil. İnsan bazarın tələblərinə uyğunlaşmalı, daim öyrənməli və bacarıqlarını inkişaf etdirməlidir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Fevral 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri