Rusiyanın Perm diyarına PUA hücumu olub, 5 nəfər xəsarət alıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Perm diyarına pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində 5 nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə regionun qubernatoru Dmitri Maxonin məlumat verib.
Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri və mobil atəş qrupları 11 PUA-nı vurub.
Hücum nəticəsində diyarın şimalında yerləşən sənaye müəssisəsinə cüzi ziyan dəyib. Müəssisə fəaliyyətini adi rejimdə davam etdirir.
İlkin məlumata əsasən, müəssisənin 5 əməkdaşı xəsarət alıb. Onlardan üçü xəstəxanaya müayinəyə göndərilib, biri ambulator müalicəyə yönləndirilib, daha bir nəfər isə tibbi müayinədən imtina edib.
Qubernator bütün xəsarət alanların vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Hadisə yerində operativ xidmətlər işləyir.
Baxış sayı:157
Bu xəbər 25 Oktyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















