Icma.az
close
up
RU
Menu

Müharibə riski ciddi olaraq qalır

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

Hər gün onun ruhu ilə məsləhətləşirəm Polşanın yeni lideri

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

Cabir İmanov əvvəldə də infarkt keçirib?

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

Qəhvə iç və daha uzun yaşa...

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

Nazir sammitdə təhsildən danışdı

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

İş vaxtı qolunu itirdi, məzuniyyətdə olan işçini cərimələdilər “HÜNƏR İNŞAAT”IN RƏHBƏRLİYİNƏ QARŞI ŞOK İTTİHAMLAR

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı şəhər sakini Əliquliyev Ramil Boris oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə, Ali Məhkəmənin sədri İnam Kərimova və Baş orokuror Kamran Əliyevə müraciət edir:

Cənab Prezident!

Hörmətli Cənablar!

Mən, Əliquliyev Ramil Boris oğlu, 26 noyabr 2024-cü il tarixində, saat 16:30 radələrində Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində iş vaxtı beton istehsalı üçün nəzərdə tutulmuş texnikadan istifadə edən zaman ağır xəsarət alaraq, sol qolumu dibindən itirmişəm. Belə ki, dərəcəsinə görə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən - sol III, IV və VI qabırğaların yerdəyişmiş sınıqları, sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna qanın və havanın toplanması) və dərialtı emfizema ilə müşaiyət olunan döş qəfəsinin sol yarısının qapalı küt travması və sol çiyin səviyyəsində dəri deffekti ilə müşaiyət olunan sol bazunun yuxarı 1/3-dən travmatik amputasiyası xəsarətləri almışam.

Bədbəxt hadisədən dərhal sonra məni Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Hospitalına yerləşdirdilər. Orada əməliyyat olundum və müalicəm bir neçə gün davam etdi.

29 dekabr 2024-cü il tarixində Zəngilan rayon prokuroru, ədliyyə müşaviri Kərimov Qibləli Ağa oğlu tərəfindən Zəngilan rayon Prokurorluğunda AR CM-nin 162-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaqın aparılması rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən II dərəcəli hüquqşünas Teyyub Rəfiyevə həvalə edimişdir. Müstəntiq Teyyub Rəfiyev işi araşdıran zaman yalnız işdə adı çəkilən Nizami adlı şəxsi məsuliyyətə cəlb etmişdir. Belə ki, təkcə sözügedən şəxsin əməllərinə hüquqi qiymət verilərək, təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Halbuki, iş materiallarına nəzər salındıqda görünür ki, beton istehsalı üçün nəzərdə tutulmuş texnika istər işləyən, istər də dayanan zaman qoruyucu hissəsi olmamışdır.

Cinayət işi aidiyyəti üzrə Zəngilan rayon Məhkəməsində Gülsarə İmanovanın icraatına daxil olmuşdur. İşi üzrə ittiham tərəfi Nəbiyev Tural Hüseyn oğlu təyin edilmişdir. İttiham tərəfi məhkəmə istintaqında bir dəfə də olsun mənim verdiyim ərizələri və müraciətləri qəbul etmədi. Formal olaraq şirkətin xeyrinə fikirlər səsləndirərək, müraciətlərimin təmin olunmamasını xahiş etdi.

Məhkəmə də öz növbəsində nə mülki iddiamı, nə də günahı olan Fərhad Təhməzovun qohumları Xurşud və Yunis (hər ikisi “Hünər İnşaat” Firmasının vəzifəli şəxsləridir) və onun ətrafında olan vəzifəli şəxslərlə bağlı heç bir tədbir görmədi. Formal olaraq hadisə zamanı işdə olmayan Nizami adlı şəxsə 3.00 0(üç min) manat cərimə cəzası kəsməklə canlarını qurtardılar.

Qeyd edim ki, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında №01/2025 saylı aktdan da görünür ki, əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxslərdən biri direktor Nəbiyev Yunisdir. Bundan başqa, həmin aktın 9, 9.1, 9.2, 9.3-cü bəndlərində “yoxdur” sözü qeyd edilmişdir ki, bu da axırıncı dəfə əməyin təhlükəsizliyinə dair keçirilən təlimatın tarixi, giriş təlimatı, ilkin(təkrar) təlimat, biliyin yoxlanılması qeyd edilməmişdir. Bu azmış kimi, şirkətin əməkdaşı Ruhin Nəcəfi adlı şəxs təhlükəsizlik jurnalına köhnə tarixlərə qol çəkməyimi tələb etdi, lakin mən imza etmədim.

Həmin cihazın yalnız istifadə qaydası araşdırılmış, istifadəyə qədər olan müddətdə, həmin cihazın yararlı, yaxud yararsız olması müəyyən olunmayın. O da aydın olmayıb ki, həmin cihazdan fəhlə və operator istifadə edə bilərmi? Buna icazəni kim vermişdir? Həmin aparat Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisinə kimin razılığı ilə yerləşdirilmişdir? Bu və digər suallar “Hünər İnşaat” Firmasının vəzifəli şəxslərinə verilməmişdir.

Qeyd edim ki, “Hünər İnşaat” şirkətinin direktoru Yunis Nəbiyev, operator vəzifəsində çalışan Vüsal Bədəlov və sözügedən şirkətin digər vəzifəli şəxslərinin icazəsi olmasa Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisinə beton istehsalı üçün nəzərdə tutulmuş texnika yerləşdirilə bilməzdi. Əgər həmin texnikanın işləməsinə icazə verilirsə, bu “Hünər İnşaat”ın vəzifəli şəxsləri tərəfindən verilmişdir. Mənə təqdim olunan alqı-satqı müqaviləsinə əsasən, həmin texnikaya cavabdehliyi alqı-satqı müqaviləsi üzrə pul ödənildikdən sonra “Hünət İnşaat” Firmasının öhdəsinə düşür. Burada Nizami adlı şəxsin əməllərinə qədər olan hissə araşdırılmaq əvəzinə, yalnız Nizami adlı şəxs məsuliyyətə cəlb edilmişdir. Mən bununla qəti razı deyiləm.

Mənim başıma gələnlər göz qabağındadır. “Hünər İnşaat”ın vəzifəli şəxsləri həm vəzifə səhlənkarlığına yol vermiş, həm vəzifə səlahiyyətlərini aşaraq bu əməli törətmişlər və hal-hazırda da həmin texnika bugünkü gündə sözügedən ərazidə işləməkdə davam edir. Mənimlə heç kim maraqlanmır, mənə heç bir maddi və mənəvi dəstək göstərilmir. Bu azmış kimi, cinayət işi də düzgün araşdırılmamışdır. Mən özümü öldürmək həddinə çatmışam.

Cənab Prezident!

Hörmətli Cənablar!

Qeyd edilənləri nəzərə alaraq, Sizdən xahiş edirəm ki, Zəngilan Prokurorluğunun böyük köməkçisi Teyyub Rəfiyev, Zəngilan rayon Məhkəməsində cinayət işi üzrə ittiham tərəfindən çıxış edən prokuror Nəbiyev Tural Hüseyn oğlu, Zəngilan rayon Məhkəməsinin hakimi Gülsarə İmanovanın, eləcə də Fərhad Təhməzovun qohumları Xurşud və Yunis (hər ikisi “Hünər İnşaat” Firmasının vəzifəli şəxsləridir), şirkətin operator vəzifəsində çalışan əməkdaşı Vüsal Bədəlov, mənə köhnə tarixlə təhlüksəziliklə bağlı təlimat jurnalına qol çəkdirmək istəyən əməkdaş Ruhin Nəcəfi və şirkətin digər vəzifəli şəxslərinin əməllərinə hüquqi qiymət verilməsinə göstəriş verəsiniz.

Onu da qeyd edim ki, bütün dediklərimə dair şahidlərim var. Həmin qəza vaxtı məzuniyyətdə olan şəxsə 3000 min manat cərimə yazılıb. Bu qədər haqsızlıq olmaz”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Məsələ ilə bağlı şirkətin rəhbər heyəti ilə əlaqə saxlamağa çalışdıq, lakin suallarımız cavabsız qaldı. Yazıda adı çəkilən şirkətin və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 01 İyul 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Müharibə riski ciddi olaraq qalır

30 Sentyabr 2025 13:01see242

Mənsum İbrahimov: Cabir İmanovun hər sözü, hər kəlməsi daxildən gəlirdi, təmənnasız idi

30 Sentyabr 2025 13:31see241

“Cabir İmanovla bir məktəbdə oxumuşuq”

30 Sentyabr 2025 13:37see228

İtaliya prezidentinin səfəri yeni əməkdaşlıq perspektivlər üçün zəmin yaradacaq

01 Oktyabr 2025 18:21see227

PSJ nin müdafiəçisi: “Dünyanın ən yaxşı komandasıyıq”

30 Sentyabr 2025 09:48see177

Hər gün onun ruhu ilə məsləhətləşirəm Polşanın yeni lideri

30 Sentyabr 2025 15:06see169

250 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlı iş adamı kimdir? 11 şübhəli var

30 Sentyabr 2025 13:49see152

Nazir: Naxçıvanda “Yaşıl Enerji Zonası” modelinin qurulması üçün tədbirlər görülür

30 Sentyabr 2025 10:20see150

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb FOTO

30 Sentyabr 2025 15:08see140

“Paşinyan Zəngəzur dəhlizi layihələrini seçkilərə qədər tamamlamğa çalışacaq” Elçin Mirzəbəyli

30 Sentyabr 2025 13:29see137

Cabir İmanov əvvəldə də infarkt keçirib?

30 Sentyabr 2025 12:42see135

Tramp Rusiyanı yenə kağız pələng adlandırdı

01 Oktyabr 2025 01:12see129

Beyin mərkəzlərinin əməkdaşlığı: Türk dünyasının intellektual gücü birləşir

30 Sentyabr 2025 11:07see127

Türkiyə Ukrayna münaqişəsi ilə bağlı daha çox məsuliyyəti öz üzərinə götürməyə hazırdır

30 Sentyabr 2025 22:13see125

Qəhvə iç və daha uzun yaşa...

30 Sentyabr 2025 22:16see124

Vətən müharibəsinin beşinci günü Azərbaycan Ordusu düşmənə zərbələr endirir

01 Oktyabr 2025 08:31see123

Nazir sammitdə təhsildən danışdı

30 Sentyabr 2025 16:20see123

UEFA ÇL: “Qalatasaray qalib gəlib, Kayrat” 5 qol buraxıb

01 Oktyabr 2025 01:04see123

Konqonun keçmiş prezidenti edam olunacaq Vətənə xəyanət ittihamı ilə

01 Oktyabr 2025 01:08see122

Qrizmannın 200 cü qolu “Qarabağ”ın daha bir rəqibinin darmadağınına səbəb olub VİDEO

01 Oktyabr 2025 01:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri