Icma.az
close
up
RU
“Naftoqaz” və Avropa İnvestisiya Bankı qaz alışı üçün 300 milyon avroluq kredit sazişi imzalayıb

“Naftoqaz” və Avropa İnvestisiya Bankı qaz alışı üçün 300 milyon avroluq kredit sazişi imzalayıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kiyev, 2 oktyabr, AZƏRTAC

“Naftoqaz” və Avropa İnvestisiya Bankı (AİB) 300 milyon avro məbləğində kredit sazişi imzalayıb. Vəsait Ukrayna əhalisinin qış mövsümündə sabit istiliklə təmin olunması üçün qaz alışına yönəldiləcək.

AZƏRTAC “Naftoqaz”ın mətbuat xidmətinə istinadla xəbər verir ki, vəsait uzunmüddətli ehtiyatların formalaşdırılmasına və qışda fasiləsiz qaz təchizatına sərf olunacaq.

Saziş çərçivəsində “Naftoqaz” AİB-in krediti ilə ekvivalent olan məbləği bərpa olunan enerji və dekarbonizasiya layihələrinə yenidən yatırım etməyi öhdəsinə götürür.

“AİB-in bu yeni maliyyə vəsaiti Ukraynanın qış dövründə enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edəcək, icmalar və biznes üçün həyati əhəmiyyətli dəstək təmin edəcək”, – deyə AİB prezidenti Nadiya Kalvinyo vurğulayıb.

Ukraynanın Baş naziri Yuliya Sviridenko isə qeyd edib ki, bu razılaşma müasir enerji sisteminin yaradılması və ölkənin Avropa İttifaqına inteqrasiyası yolunda mühüm addımdır.

“Etibarlı enerji təchizatı müəssisələrin fəaliyyəti, iş yerlərinin qorunması və iqtisadiyyatımıza yeni investisiyaların cəlb edilməsi üçün zəruridir. Eyni zamanda bu tərəfdaşlıq Ukraynanın uzunmüddətli hədəfi olan Avropaya inteqrasiya olunmuş davamlı enerji sektorunun qurulmasını dəstəkləyir”, – deyə iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı naziri Aleksey Sobolev bildirib.

Xatırladaq ki, bundan əvvəl “Naftoqaz”ın rəhbəri Sergey Koretski şirkətinin istilik mövsümünə hazırlıq planını 95-97 faiz yerinə yetirdiyini açıqlamışdı.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Oktyabr 2025 05:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri