Icma.az
close
up
RU
İş yerində telefonların alınması qanunidirmi? Vəkil AÇIQLADI

İş yerində telefonların alınması qanunidirmi? Vəkil AÇIQLADI

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Sosial şəbəkələrdə zaman-zaman bəzi iş yerlərində işçilərin işə başladıqdan iş saatının sonunadək mobil telefonlarının alındığı ilə bağlı paylaşımlar edilir.

Bəs qanunvericilik bu məsələ ilə bağlı nə deyir? İşəgötürənin işçinin telefonunu alması qanunidirmi və bu, nə dərəcədə düzgün addımdır?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Azərbaycan İstehlakçılar şurasının sədri, vəkil Roman Qaraşovun sözlərinə görə, hüquqi baxımdan burada iki məsələni fərqləndirmək lazımdır:

"İş vaxtında telefondan istifadənin məhdudlaşdırılması və telefonun işçidən alınaraq işəgötürəndə saxlanılması. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işəgötürənə əmək prosesini təşkil etmək, əmək intizamını təmin etmək və daxili intizam qaydaları müəyyənləşdirmək hüququ verir. Bu baxımdan təhlükəsizlik, kommersiya sirrinin qorunması, xidmət keyfiyyəti və əmək funksiyasının normal icrası məqsədilə telefon istifadəsinə müəyyən məhdudiyyətlərin qoyulması mümkündür. Lakin belə məhdudiyyətlər qanuni, əsaslandırılmış və işin xarakterinə uyğun olmalıdır".

Həmsöhbətimiz vurğuladı ki, işçinin şəxsi telefonunun məcburi qaydada təhvil alınması isə daha geniş hüquqi müdaxilə hesab olunur:

"Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu, şəxsi həyatın toxunulmazlığını və rabitə sirrini qoruyur, “Fərdi məlumatlar haqqında” Qanun isə şəxsi məlumatlarla davranışın qanuni məqsəd və zərurət çərçivəsində həyata keçirilməsini tələb edir. Mobil telefonun şəxsi yazışmalar, fotoşəkillər, bank məlumatları və digər həssas məlumatları ehtiva etdiyi nəzərə alınarsa, telefonun işəgötürənə təhvil verilməsi onun məzmununa baxmaq və ya məlumatları yoxlamaq hüququ yaratmır. Avropa İnsan Hüquqları Məhkəməsinin əmək münasibətlərində şəxsi həyata müdaxilə ilə bağlı yanaşmasına görə də işəgötürənin tətbiq etdiyi tədbir legitim məqsədə xidmət etməli, zəruri və proporsional olmalıdır".

Roman Qaraşovun fikirincə, adi iş şəraitində bütün əməkdaşların telefonlarının gün ərzində məcburi qaydada toplanması həddindən artıq sərt tədbir sayıla bilər:

"Məqsədə daha az məhdudlaşdırıcı vasitələrlə — iş vaxtında istifadənin qadağan edilməsi, telefonun səssiz rejimdə saxlanılması və ya fərdi dolablardan istifadə ilə — nail olmaq mümkündürsə, məhz həmin vasitələrə üstünlük verilməlidir. Yalnız yüksək təhlükəsizlik tələbləri, məxfi məlumatlarla iş və ya xüsusi istehsalat şəraiti kimi hallarda telefonların iş zonasına buraxılmaması daha əsaslandırılmış görünə bilər. Ümumi nəticə isə budur ki, işəgötürən telefon istifadəsini tənzimləyə bilər, lakin işçinin şəxsi cihazını məcburi qaydada götürmək üçün hər bir halda ayrıca, əsaslı və proporsional hüquqi səbəb olmalıdır".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Sentyabr 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see387

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see382

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see295

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see293

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see262

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see254

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see254

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see249

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see247

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see234

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see233

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see220

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see206

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see202

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see200

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see193

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see192

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see192

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri