İş yoldaşının boyunbağısını oğurlayıb lombarda qoydu
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakıda iş yoldaşının zinət əşyasını oğurlayan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu ərazisindəki evdə baş verib.
Qəbələ rayon Vəndam qəsəbə sakini 28 yaşlı Cavad Xəlilov gecə iş yoldaşı Xəqaninin evində qalıb. O, səhər evi tərk edərkən mənzildəki dolabdan Xəqaniyə məxsus dəyəri 3 min manat olan 17 qramlıq boyunbağını götürərək aparıb.
Növbəti gün işə gedən zərərçəkmiş şəxs Cavaddan boyunbağını soruşanda o, rayona qonaq gedib qayıtdıqdan sonra qiymətli əşyanı qaytaracağını deyib. Lakin vədinə əməl etməyib. Məlum olub ki, boyunbağını metronun “Memar Əcəmi” stansiyası yaxınlığındakı lombarda qoyaraq 1700 manat pul götürüb.
Oğurlanan əşyanı geri ala bilməyən Xəqani polisə şikayət edib və iş yoldaşı barəsində cinayət işi açılıb. İşə Nəsimi Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Cavada 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq taxılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 25 Noyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















