15 yaşlı azərbaycanlı şahmatçı dünya çempionatının liderini təqib edir
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Azərbaycan şahmatçısı Xaqan Əhməd Venesuelanın paytaxtı Karakasda keçirilən 20 yaşadək şahmatçılar arasında dünya çempionatının turnir cədvəlində ikinci pilləyə yüksəlib.
İdman.Biz xəbər verir ki, noyabrın 24-dən 25-nə keçən gecə Bakı vaxtı ilə dünya çempionatında birdən-birə iki tur - VII və VIII turlar keçirilib.
Xatırladaq ki, VII turda Əhməd yarışın lideri, hindistanlı Etn Vazla heç-heçə edib və bununla da rəqibinin ardıcıl altı qələbədən ibarət seriyasına son qoyub. VIII turda isə Xaqan qara fiqurlarla çinli Çjou Junyini məğlub edib.
Beləliklə, Azərbaycan şahmatçısı xallarının sayını 6,5-ə çatdıraraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. O, lider Etn Vazdan bir xal geri qalır.
Qeyd edək ki, 15 yaşlı Əhməd hazırkı dünya çempionatının ən gənc iştirakçılarından biridir. Bununla yanaşı, o, yarışda məğlubiyyət üzü görməyib. Şahmatçı beş qələbə qazanıb, üç dəfə isə heç-heçə edib.
Qadınların yarışında isə Lalə Hüseynova VII turda 2023-cü ildə 20 yaşadək şahmatçılar arasında dünya çempionu olmuş argentinalı Kandela Fransiskonu məğlub edib. VIII turda isə FIDE bayrağı altında çıxış edən Qalina Mixeyeva ilə heç-heçə edib.
Hüseynova aktivindəki 5,5 xalla yeddinci yerdə qərarlaşıb. O, üçüncü pillədəki şahmatçıdan cəmi yarım xal geri qalır.
IX turda Xaqan Əhməd 6 xalla üçüncü yerdə olan Erdem Xubukşanovla qarşılaşacaq. Lalə Hüseynovanın rəqibi isə Yana Japova olacaq. Azərbaycan şahmatçılarının hər iki rəqibi FIDE bayrağı altında çıxış edir.
IX tur noyabrın 25-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və noyabrın 27-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 25 Noyabr 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















