Icma.az
close
up
RU
Təhsil anlayışı: Bilik vacibdir, yoxsa diplom? KÜNCDƏN BAXIŞ

Təhsil anlayışı: Bilik vacibdir, yoxsa diplom? KÜNCDƏN BAXIŞ

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Elçin Bayramlı

Son illərdə ali məktəblərə qəbul üçün keçid ballarına baxanda bişmiş toyuğun gülməyi gəlir. 150-200 balla ali məktəbə qəbul olunur. Bu da o deməkdir ki, ali məktəbə daxil olan tələbə 5 ballı sistem üzrə 1 və 2 qiymətlərlə imtahandan keçmiş olur! Hələ bunlar orta təhsilin seçilmişləri, savadlıları, özünə inananlarıdır. Konkret desək, orta təhsil sıradan çıxmışdır!

İndi keçək bunun səbəblərinə. Orta məktəbdə normal təhsil almaq üçün hər cür şərait var. Bəs müəllimlər niyə məktəblilərə normal təhsil verməkdə maraqlı deyillər? Çünki aşağı əməkhaqqı alan müəllim dərs keçməkdə maraqlı ola bilməz. Onun fikri evində olan çoxsaylı problemləri bu maaşla necə həll edəcəyidir. Ona görə də, dərsi başdansovdu yola verib evinə tələsir ki, bir az istirahət edib, axşam repetitorluqla 5-10 manat əlavə pul qazansın. Ali məktəblərə orta və yuxarı balla qəbul olanların çoxu isə məktəblərin yox repetitorların, hazırlıq kurslarının əsəridir. Məktəb, sadəcə, formal olaraq mövcuddur.

Bununla belə, orta təhsil sisteminin iflasa uğramasının səbəblərini təkcə Təhsil Nazirliyində axtarmaq lazım deyil, həm də valideynlərin özlərində axtarmaq lazımdır. Hər halda, bu ölkədə tam orta təhsil pulsuzdur, dərsliklər pulsuz verilir, məktəblər zəruri ləvazimat və avadanlıqlarla təmin edilir.

O zaman valideyni ağıllı olan, özü isə təhsil almaq istəyən uşaq savadsız ola bilməz. Hər şey dərsliklərdə yazılıb, bilmədiyini isə müəllimdən soruşmaq olar. İstənilən məlumatı internetdən 1 dəqiqəyə tapmaq mümkündür. Yəni, bilik onu istəyənin cibindədir.

Bəs uşaqlar niyə məktəbdə təhsil almaqda maraqlı deyillər? Burada çoxsaylı səbəblər var. Kənd yerlərində uşaqlar təsərrüfat işlərində valideynlərinə kömək etməyə məcburdurlar. Əks halda gəlirləri olmaz. Ona görə də, tədris ilinin çox hissəsini məktəbə gəlmirlər, gələndə də, dərslik halları qalmır.

Şəhərlərdə uşaqlar vaxtlarını internetdə, mobil telefonlarda min oyundan çıxmaqda, televiziyanın qabağında keçirməkdə daha çox maraqlıdırlar. Valideynlərin çoxu uşaqlarına mütləq azadlıq verib.

Uşaq da əyləncəni qoyub dərsi niyə oxusun ki? Ağzında uşaq deyirsən. O nə bilir ki, bu gələcəkdə ona hansı problemlər yaradacaq? Axı hələ ki, hər şey müftə gəlir, atası bahalı telefon, kompüter alır, “məktəbi bitirən kimi sənə maşın alacam” deyə söz verir, anası seriala baxmaqdan vaxt tapıb ona həyatı başa salmır, yalnız uşağın az yemək yediyindən narahat olur.

Tədris proqramının ağırlığı da uşaqları dərsdən soyudur. Lakin bu əsas səbəb deyil, burada məsuliyyətin çox böyük hissəsi birbaşa valideynlərin üzərinə düşür. Valideynlərin çoxu uşağın həqiqi bilik əldə etməsinə deyil, diplom almasına çalışır. Başa düşmür ki, amansız kapitalizm şəraitində uşağın əlindəki o kağız parçası ona kömək olmayacaq, işəgötürənlərə bacarıqlı, savadlı kadrlar lazımdır. Belədə həmin diplomlular ordusunun çoxu işsiz qalır, ya da ən yaxşı halda hardasa fəhləlik, sürücülük, satıcı işi tapırlar.

Göründüyü kimi, təhsilimizin bərbad gündə olması üçün çoxsaylı səbəblər var. Nə qədər ki, təhlil sisteminin başında fasiləsiz və nəticəsiz eksperimentlər aparılır, nə qədər ki, cəmiyyət olaraq təfəkkürümüz, gələcəyə baxışımız dəyişməyib, bu problem həll olunmayacaq.

1-2 qiymətlə universitetə daxil olub, orada 4 il vaxt itirib, bir "kağız parçası" ilə çıxmaqdansa, uşaqları yönəldin peşə məktəblərinə, kurslarına, imkan verin bir sənət, peşə öyrənib həyatda öz bacarıqlarını realizə etsinlər. Bununla özlərinə və cəmiyyətə daha faydalı olarlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 İyul 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see184

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see181

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see174

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see172

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see171

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see168

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri