Icma.az
close
up
RU
İsaak Nyutonun dünyanın sonu ilə bağlı proqnozu 2060 cı il

İsaak Nyutonun dünyanın sonu ilə bağlı proqnozu 2060 cı il

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məşhur alim İsaak Nyuton 1704-cü ildə yazdığı bir məktubda dünyanın sonunun nə vaxt gələcəyini proqnozlaşdırıb. Cazibə qüvvəsi qanunlarını kəşf etməsi ilə tanınan riyaziyyatçı və fizik, bu təxminini bir sıra riyazi hesablamalara və İncilin protestant təfsirinə əsaslandırıb.

Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, Nyutonun hesablamalarına görə, dünya 2060-cı ildə sona çatacaq. O, bu nəticəyə İncildəki tarixi hadisələri və 1260, 1290, 2300 kimi rəqəmləri əsas götürərək gəlib. Bu rəqəmləri "il" kimi şərh edən alim "Dünyanın 1260 il sonra sıfırlanacağını" bildirib.

Nyutonun hesablamaları

Tarixi araşdırmaları əsasında Nyuton "Daniel" kitabında metaforik şəkildə bəhs edilən kilsənin tərk edilmə tarixini eramızın 800-cü ili kimi müəyyən edib. Bu tarix, eyni zamanda Müqəddəs Roma İmperiyasının qurulduğu dövrə təsadüf edir. Buradan yola çıxaraq alim dünyanın 1260 il sonra - yəni 2060-cı ildə yenidən formalaşacağını bildirib.

1704-cü ildə yazdığı məktubda Nyuton sonun müharibələr və epidemiyalarla gələcəyini irəli sürüb. Lakin o, bu proqnozunu ehtiyatla qeyd edərək əlavə edib:

"Bu tarixin daha gec olması mümkündür, lakin daha erkən baş verməsi üçün heç bir səbəb görmürəm. Mən bunu dünyanın sonunun nə zaman olacağını iddia etmək üçün yox, tez-tez vaxt təyin edib, sonra da yanılaraq müqəddəs kəhanətləri gözdən salan xəyali proqnozları təkzib etmək üçün deyirəm".

Nyutonun proqnozu: dünyanın sonu, yoxsa yeni bir dövr?

Kanadanın Nova Skotiya əyalətindəki "King's College" Universitetinin elm və texnologiya tarixi üzrə professoru Stiven Snobelen Nyutonun dünyanın sonu ilə bağlı dəqiq bir tarix müəyyən etməkdə ehtiyatlı davrandığını bildirir. Alimin əsas narahatlığı, ilahi proqnozlara əsaslanan, lakin səhv çıxan insan təxminlərinin İncilin nüfuzuna zərər verməsidir.

Professor Snobelenin fikrincə, Nyuton əslində 2060-cı ili dünyanın sonu kimi deyil, "yeni bir başlanğıc" kimi görüb. O, bunu "köhnə bir dövrün sonu və yeni bir eranın başlanğıcı - yəhudilərin Məsih dövrü, yaxud premillenari xristianların "Tanrı Krallığı" adlandırdığı dövr" kimi təsvir edib.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Fevral 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri