Icma.az
close
up
RU
İşaxtaranlara yaşıl bacarıqlar üzrə kurslar təklif edilir

İşaxtaranlara yaşıl bacarıqlar üzrə kurslar təklif edilir

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hazırda nazirliyin peşə hazırlığı mərkəzləri işaxtaran şəxslərə yaşıl bacarıqlar üzrə kurslar təklif edir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “İqlimə Dayanıqlı Gələcək üçün İnsan İnkişafına İnvestisiya üzrə Yüksək Səviyyəli Görüş”ün panel müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, bu sahədə təlim proqramları yaşıl iqtisadiyyata keçid üçün vacib olan yeni iş sektorlarını dəstəkləmək məqsədi daşıyır:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin prioritetlərindən biri də işçi qüvvəsinin bacarıqlarının əmək bazarının dəyişən tələblərinə uyğun davamlı inkişafına nail olunmasıdır. Nazirlik bu istiqamətində dövlət qurumları, beynəlxalq təşkilatlar, QHT-lər və özəl sektoru əhatə edən geniş əməkdaşlıq şəbəkəsi yaradıb”.

S.Babayev əsas məqsədin əmək bazarının tələblərinə uyğun bacarıqlara malik işçi qüvvəsini inkişaf etdirməsi, eyni zamanda yeni məşğulluq imkanlarının yaradılmasını təşviq etməkdir:

“Xüsusi sosial müdafiəyə ehtiyacı olan insanların məşğulluq imkanlarını asanlaşdırmaq üçün birgə layihələr də həyata keçirilir 2021-2024-cü illər ərzində Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sifarişi ilə ümumilikdə 1600 peşə təlimi kursu təşkil edilib”.

S.Babayev bu sahədə peşə təhsili mərkəzləri, dövlət və özəl tədris müəssisələri ilə əməkdaşlığı, növbəti illərdə bu əməkdaşlıq şəbəkəsinin daha da genişləndiriləcəyini diqqətə çtdırıb.

“Hazırda nazirliyin peşə hazırlığı mərkəzləri işaxtaran şəxslərə yaşıl bacarıqlar üzrə kurslar da təklif edir. Bu sahədə peşə təlimi proqramları Azərbaycanın yaşıl iqtisadiyyata keçidi üçün vacib olan yeni iş sektorlarını dəstəkləmək və inkişaf etdirmək məqsədi daşıyır”.

Panel müzakirələrində həmçinin İtaliya, Hollandiya, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Braziliya və digər ölkələrdən qurum rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri fikirlərini ifadə ediblər.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri