Icma.az
close
up
RU
İşçi axtarılır: 60 min boş yer var AÇIQLAMA

İşçi axtarılır: 60 min boş yer var AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun verdiyi məlumata görə, hazırda Azərbaycanın vakansiya bankında 60 mindən çox boş iş yeri mövcuddur. Bu göstərici əmək bazarında işçi qüvvəsinə olan tələbatın yüksək olduğunu göstərir və eyni zamanda gənclərin az maaşlı işlərə maraq göstərməməsi məsələsini gündəmə gətirir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə məsələ barədə Demokrat.az-a açıqlamasında  bildirib ki, bu, böyük rəqəmdir və ilk növbədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı geniş təbliğat aparmalıdır:
“Bu, o demək deyil ki, həmin iş yerlərinə heç kəs müraciət etməyəcək. Mümkündür ki, bəzi insanlar sadəcə olaraq bu vakansiyalar barədə kifayət qədər məlumatlı deyillər. Digər tərəfdən, əgər hansısa vakant iş yeri uzun müddət boş qalırsa, bu artıq onu göstərir ki, həmin iş yerinin sahibi işçi qüvvəsini cəlb etmək üçün əlavə tədbirlər görməlidir. Ya maaş səviyyəsini elə artırmalıdır ki, insanlar bu işə maraq göstərsinlər, ya da həmin vəzifəni mövcud maaşla yarımştat, yəni yarım günlük iş formasında təklif etməlidir ki, insanlar günün digər yarısında əlavə işlə məşğul olmaq imkanına sahib olsunlar. İstənilən halda, insanları “niyə az maaşlı işlərə getmirlər” deyə qınamaq doğru deyil. Hər bir insan iş seçərkən özünün və ailəsinin dolanışığının minimum səviyyədə təmin olunmasını nəzərə alır və buna uyğun qərar verir. Bu baxımdan işəgötürənlər də daim vakant kimi təqdim etdikləri iş yerlərinin nə dərəcədə cəlbedici olduğunu düşünməli və əmək bazarının real şərtlərinə uyğun davranmalıdırlar”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Fevral 2026 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri