Icma.az
close
up
RU
İşdən çıxarılan məktəb direktoruna başqa vəzifə veriləcək?

İşdən çıxarılan məktəb direktoruna başqa vəzifə veriləcək?

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bugünlərdə sosial şəbəkələrdə Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səs yazısı yayılmışdı.

Səs yazısında direktorun müəllimlərlə mübahisəsi yer alır ki, burada direktor müəllimlərin ona ad günü ilə bağlı aldıqları 600 manatlıq hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edir. Direktor müəllimlərə "Mənə dilənçi payı lazım deyil" deyə irad bildirib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilmişdi ki, məsələ araşdırılacaq. 

Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib. Agentlik bildirib ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. 

Qeyd edək ki, son illər bir neçə məktəb direktoru yol verdiyi nöqsanlara görə ya tutduğu vəzifədən azad edilib, yaxud da töhmət alıb. Hətta bəzi məktəb direktorları başqa vəzifəyə təyin olunub. Maraqlıdır, işdən azad edilən 231 saylı məktəbin direktoru yenidən müəllim, yaxud başqa məktəbdə direktor olaraq çalışa biləcəkmi? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, sosial şəbəkələrdə Bakı şəhəri, Pirallahı rayonu, Gürgən qəsəbəsində yerləşən 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya aid olduğu iddia edilən səs yazısında onun müəllimlərə qarşı qeyri-etik ifadələr işlətdiyi eşidilir:

“Hadisəni təhsil sahəsində etik davranış qaydalarının pozulması kimi qiymətləndirirəm. 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən aparılan araşdırma nəticəsində Lamiyə İlhamsoy vəzifəsindən azad edilib. Lakin onun hansı maddə əsasında işdən çıxarıldığı barədə rəsmi məlumat verilməyib. Qeyd edim ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçinin əmək müqaviləsinə xitam verilməsi müxtəlif əsaslarla həyata keçirilə bilər. 

Əgər direktorun işdən çıxarılması Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaslanıbsa, bu, tərbiyəvi funksiyaları yerinə yetirən işçilərin tərbiyə funksiyaları ilə bir araya sığmayan hərəkətlərə yol verməsi ilə bağlıdır. Bu maddə ilə işdən çıxarılan şəxsin gələcəkdə təhsil müəssisələrində müəllim və ya direktor kimi çalışması məhdudlaşdırıla bilər. Lakin indiki halda onun rəsmi olaraq hansı maddə əsasında işdən çıxarıldığı məlum olmadığından, Lamiyə İlhamsoyun gələcəkdə təhsil sahəsində işləyib-işləməyəcəyi barədə dəqiq fikir bildirmək çətindir”. 

O bildirib ki, bu cür hallar təhsil müəssisələrində etik davranış qaydalarına riayət etməyin vacibliyini bir daha göstərir:

“Müəllim və direktorların peşəkar davranışı təhsil prosesinin keyfiyyətinə və şagirdlərin tərbiyəsinə birbaşa təsir edir. Ona görə də, təhsil sahəsində çalışan şəxslərin etik standartlara uyğun davranması zəruridir”. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Mart 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see363

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see350

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see247

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see247

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see236

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see232

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see223

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see177

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see176

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see165

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see160

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see152

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see150

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see150

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri