İşdən çıxarılanlar ayda 15 min manat maaş alırmış?
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
TƏBİB-də işdən çıxarılan müşavirlərin aylıq 15 min manat maaş alması ilə bağlı yayılan məlumatlar ciddi müzakirələrə səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, Bakupost.az-ın əldə etdiyi məlumata görə, TƏBİB sədrinin müşavirlərinin rəsmi əməkhaqları 15 000 deyil, 4200 manatdan başlayaraq 6000 manata qədər dəyişib. Lakin burada mühüm detal var: beş müşavirdən dördü yarım ştat əsaslarla çalışıb. Bu isə o deməkdir ki, həmin şəxslər göstərilən məbləğin tamını deyil, yarısını alıblar.
Bildirilir ki, yalnız bir müşavir – təchizat məsələləri üzrə müşavir Elnur Qurbanov tam ştatla fəaliyyət göstərib və tam əməkhaqqı alıb.
Beləliklə, TƏBİB müşavirlərinin 15 min manat maaş alması ilə bağlı yayılan iddialar reallığı əks etdirmir. Mövcud rəqəmlər və ştat bölgüsü göstərir ki, ictimaiyyətə təqdim olunan məlumatlarla faktlar arasında ciddi fərq var.
Qeyd edək ki, TƏBİB-in işdən çıxarılan müşavirlərinin - Zeynal Bayramlı, Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublunun vəzifədən azad edilməsi ilə bağlı məlumat dünən yayılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 22 Aprel 2026 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















