Icma.az
close
up
RU
İşdən çıxmaq istəyənlərin NƏRƏZİNƏ: 1 ay gözləməyə GƏRƏK YOXDUR KONKRET

İşdən çıxmaq istəyənlərin NƏRƏZİNƏ: 1 ay gözləməyə GƏRƏK YOXDUR KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Bəzi işəgötürənlər işçiləri hədələyərək bildirirlər ki, onlar işdən çıxmaq istəyirlərsə, bir ay əvvəlcədən xəbərdarlıq etməli və yalnız bu müddət bitdikdən sonra əmək müqaviləsinə xitam verilə bilər.

Lakin hüquqşünas Turan Abdullazadə KONKRET.az-a açıqlamasında qeyd edir ki, bu, bütün hallarda keçərli deyil.

Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, bəzi hallar var ki, həmin vəziyyətlərdə işçi bir aylıq xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verə bilər. Bu hallar aşağıdakılardır:

İşçi yaşa və ya əlilliyə görə pensiyaya çıxırsa;

Təhsil müəssisəsinə daxil olub oxumağa başlayırsa;

Yaşayış yerini dəyişirsə;

Başqa bir işəgötürənlə əmək müqaviləsinin bağlanmasına razılıq əldə edibsə;

Seksual qısnamaya məruz qalıbsa;

Qanunvericilikdə nəzərdə tutulan digər əsaslı səbəblər mövcuddursa.

Vəkilin sözlərinə görə, bu kimi hallarda işçi ərizəsində göstərdiyi tarixdə işdən çıxa bilər və işəgötürənin buna mane olmaq hüququ yoxdur.

“Əgər işəgötürən işçiyə qanunsuz təzyiq göstərərsə və ya hüquqa zidd addımlar atarsa, işçi Dövlət Əmək Müfəttişliyi orqanlarına şikayət edə bilər. Eyni zamanda, qeyri-qanuni şəkildə işdən çıxarılarsa, məhkəməyə müraciət etmək hüququ da var. Məhkəmələr bu cür hallarda çox zaman işçilərin xeyrinə qərar çıxarır,” – deyə Turan Abdullazadə bildirib.

Sonda vəkil əlavə edib ki, işəgötürənlərin “mütləq 1 ay öncədən xəbərdarlıq etməlisən” tələbi işçiləri qorxutmaq məqsədi daşıya bilər və işçilər öz hüquqlarını bilməli, lazım gəldikdə isə hüquqi müdafiə yollarından istifadə etməlidirlər.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 May 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri