İşdən qanunsuz çıxarılmış 57 nəfər barədə QƏRAR VERİLDİ
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İşdən qanunsuz çıxarılmış 57 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib.
"Cebheinfo.az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-iyun ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 422 818 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 92 faizi əməkhaqqı, 8 faizi isə zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 57 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 22 İyul 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















