Icma.az
close
up
RU
İşəgötürənlər iş fəaliyyətinin işçilərə zərər verməməsi üçün hüquqi məsuliyyət daşıyır Pərvanə Vəliyeva

İşəgötürənlər iş fəaliyyətinin işçilərə zərər verməməsi üçün hüquqi məsuliyyət daşıyır Pərvanə Vəliyeva

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İstehsalatda bədbəxt hadisə və peşə əmək qabiliyyətinin itirilməməsi üçün hansı önləyici tədbirlər həyata keçirilir? Çünki profilaktika hər zaman reaktiv tədbirlərdən daha səmərəli və sərfəlidir. Beynəlxalq standartlara görə, bütün iş yerlərində risklərin qiymətləndirilməsi aparılmalıdır. Riskin qiymətləndirilməsinin əsas məqsədi ondan preventiv tədbir kimi istifadə edilməsidir. İstehsalatda işçilərin sağlamlığına və həyatına, eləcə də bütövlükdə müəssisənin işinə mənfi təsir göstərə biləcək riskləri düzgün qiymətləndirmək, onların aradan qaldırılması üçün təsirli tədbirlər hazırlamağa imkan verir".

Redaktor.az xəbər verir ki, bu barədə deputat Pərvanə Vəliyeva parlamentin bu gün keçirilən plenar iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunu layihəsinin müzakirəsi zamanı bildirdi.

"Ölkəmiz Beynəlxalq Əmək Təşkilatının sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin sağlamlaşdırılması üzrə iki əsas, 155 və 187-ci konvensiyalarına qoşulub. Və Azərbaycan Respublikasının Əmək Məcəlləsi bu konvensiyanın tələblərinə demək olar ki, tam cavab verir. Qanunvericiliyimizdə risklərin qiymətləndirilməsinin aparılması metodikası müəyyən edilmədiyinə görə, işəgötürən riskin qiymətləndirilməsini beynəlxalq təcrübəyə əsasən tətbiq edə bilər. İşəgötürənlər iş fəaliyyətinin işçilərə və digər şəxslərə zərər verməməsi üçün hüquqi və mənəvi məsuliyyət daşıyır" - deyən deputatın sözlərinə görə, Əmək Məcəlləsinin 223-cü maddəsinə əsasən, əməyin mühafizəsi işinin təşkili üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində işçilərin sayı 50 nəfərdən çox olduqda, əməyin mühafizəsi xidmətləri yaradılmalı və mühəndis vəzifəsi təsis edilməlidir. Bu, iş yerində sağlamlığın, sağlam ətraf mühitin təminatı rolunu oynayır:

"Beynəlxalq İSO 45001 standartı sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin sağlamlaşdırılması prinsiplərini bütün müəssisələr üçün icbari tətbiqini nəzərdə tutsa da, bu standartın tətbiqi könüllüdür. Səhiyyə mütəxəssisləri çətin iş şəraitindən yarana biləcək bütün hadisə və qəzaların qarşısının alınması, həmçinin normal iş şəraitində yarana biləcək mənfi təsirlərin azaldfılması üçün təlimatlar hazırlayıb icra edir, yaranan risklərə müdaxilə edir, məsələn, ilk yardımı həyata keçirir və həyat qurtarır. Qanunvericilikdə bununla bağlı tələb olsa da, bəzi hallarda işəgötürən, işçinin formal haqsızlığı daşıması, müəyyən bilik və bacarıqlara malik olmaması iş yerində bədbəxt hadisə riskini qaçılmaz edir. Ona görə də ilk öncə düzgün mexanizmlə və təbliğatla iş yerlərində təhlükəsizlik mədəniyyətinin inkişafına çalışmalıyıq. Bu, sahibkarın işini artırmaq kimi görünməməlidir.

Əksinə, səhiyyənin olması sahibkar üçün üstünlüyə çevrilməli, onun reputasiyasının yaxşılaşdırılmasına xidmət etməlidir. Eləcə də riskin qiymətləndirilməsi, risklərin aşağı olması, investorları cəlb edə, satınalma prosesində qabiliyyətini artıra, müəssisənin saxlanmasını dayanıqlı edə bilər. Əksər böyük şirkətlər strateji hədəf kimi karbon ayaq izini, yəni "carbon footprint" azaltmanın yollarını axtarırlar. Daha da rəqəmsallaşırlar ki, ətraf mühitə daha az təssir etsinlər. Məsələn, xarici təcrübədə investor və tərəfdaşlar istehsal və xidmətdə daha az karbon ayaq izi olan şirkətlərlə əməkdaşlığa üstünlük verirlər, sərmayə yatırırlar. Bundan başqa, hazırda yeni sahələr üzrə iş yerləri yaranır. Rəqəmsallaşan iş mühitində çalışan işçilərin də səhiyyə qaydalarına ehtiyac yaranır. Biz bunu da təhlil etməliyik və bu sahədə çalışan işçilərin də sağlamlıq, təhlükəsizlik və əməyin mühafizəsi üçün vahid standartlar hazırlanmalı və tətbiq edilməlidir".

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Oktyabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri