Icma.az
close
up
RU
İşemik insultun müalicəsi 60 dəqiqə ərzində başlamalıdır Nevroloqlar

İşemik insultun müalicəsi 60 dəqiqə ərzində başlamalıdır Nevroloqlar

Icma.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.



İnsult beyində qan dövranının anidən pozulması nəticəsində sinir toxumasının işemiyası (qan çatışmazlığı) və ya qanaxma ilə zədələnməsi halıdır.

İnsult yüksək ölüm və əlillik riski olan təcili tibbi vəziyyətdir. Erkən diaqnostika, ilk saatlarda müdaxilə və düzgün aparılan reabilitasiya xəstənin funksional nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Risk amillərinin korreksiyası isə profilaktikanın əsasını təşkil edir.

Medicina.az xəbər verir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-nevroloqu Könül Mansirovanın sözlərinə görə, yaşlı xəstələrdə arterial hipertenziya, tütünçəkmə, şəkərli diabet və hiperxolesterinemiyaya daha çox rast gəlinir, lakin bu risk faktorları gənc yaşlarda da mövcud ola bilər.

Ümumiyyətlə, insultun 2 əsas işemik və hemorragik insult növü var. Bədənin hər hansı hissəsində, xüsusən sifət, əl və ayaq daxil olmaqla bədənin bir tərəfində əzələ zəifliyinin yaranması, görmənin pozulması, nitq pozğunluğu, hərəkətlərin koordinasiyasının pozulması, başgicəllənmə, udma qabiliyyətinin pozulması, qəflətən başlayan və xüsusilə ürəkbulanma, qusma ilə müşayiət olunan qeyri-adi dərəcədə kəskin baş ağrısı, şüurun pozulması kimi hallar insultun əsas simptomlarındandır.

Hemorragik insultdan danışan Xətai Tibb Mərkəzinin həkim-nevroloqu Afaq Əliyeva isə bildirir ki, bu halda beyin parenximasında qan sızması və ya anevrizmanın partlaması müşahidə olunur:

“Ümumiyyətlə, insult zamanı diaqnostika təcili və mərhələli şəkildə aparılmalıdır. İlk növbədə klinik qiymətləndirmə həyata keçirilir. Şüurun səviyyəsi, nevroloji status, arterial təzyiq, nəbz və saturasiya yoxlanılır. Neyroşüa diaqnostikası qızıl standart hesab olunur. Kompüter tomoqrafiyası ilk 20–30 dəqiqə ərzində icra edilməlidir. Maqnit-rezonans tomoqrafiyası isə xüsusilə erkən işemiyanı aşkar etməkdə daha həssasdır”.

Həkim bildirir ki, hemorragik insult zamanı böyük həcmli intraserebral hematoma, beyin kötüyünə təzyiq, hidrosefaliya, eləcə də anevrizmanın kliplənməsi və ya endovaskulyar embolizasiya tələb olunduqda cərrahi əməliyyat əsas göstərişdir:

“İşemik insultda isə böyük damar okluziyası zamanı mexaniki trombektomiya, orta beyin arteriyası insultunda dekompressiv kraniektomiya göstərişi olduqda əməliyyat vacibdir. Reabilitasiya insultdan sonrakı ilk günlərdən başlanmalı və uzunmüddətli davam etdirilməlidir. Fizioterapiya, nitq terapiyası, psixoloji dəstək və erkən mobilizasiya xəstənin sağalmasına mühüm töhfə verir”.

Həkim-nevroloq Könül Mansirova vurğulayır ki, insultun müalicəsi, əsasən, konservativ terapiya üsulu ilə aparılır:

“İşemik insult diaqnozu təsdiqlənmiş xəstələrin müalicəsi intensiv terapiya şəraitində, reanimasiya bölməsində aparılmalıdır və mümkün qədər tez – ideal olaraq ilk 60 dəqiqə ərzində başlanmalıdır. Bu zaman pasiyentlərə karotid və vertebrobazilar sistemlərdə damardaxili müdaxilələr, antitrombositar və antikoaqulyant terapiya, neyroprotektiv və nevroloji funksiyaların bərpasına yönəlmiş dərman müalicəsi tətbiq edilir.

Dekompressiv kraniotomiya bədxassəli işemik infarktın cərrahi müalicəsinin əsas üsuludur. Bu əməliyyatın icrası ilə bağlı qərar neyrocərrah, nevroloq və neyroreanimatoloqdan ibarət multidisiplinar komanda tərəfindən qəbul edilir”.

Mütəxəssislər qeyd edirlər ki, insultun qarşısının alınmasında sağlam həyat tərzi mühüm rol oynayır.

Arterial təzyiqin, qanda şəkər və xolesterin səviyyəsinin nəzarətdə saxlanılması, tütünçəkmədən imtina, fiziki aktivliyin artırılması və müntəzəm tibbi müayinələr riskin əhəmiyyətli dərəcədə azalmasına kömək edir.

Həkimlər vurğulayırlar ki, insultun ilkin əlamətləri müşahidə olunan kimi vaxt itirmədən təcili tibbi yardıma müraciət olunması xəstənin həyatının xilas edilməsində və ağırlaşmaların qarşısının alınmasında həlledici rol oynayır.

medicina.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 06 Mart 2026 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri