Icma.az
close
up
RU
İşğal dövründə yararsız hala düşən kanalı istifadəyə verildi FOTO

İşğal dövründə yararsız hala düşən kanalı istifadəyə verildi FOTO

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində uzun illər işğal səbəbindən yararsız vəziyyətə düşən suvarma kanalı bərpa edilərək yenidən istifadəyə verilib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. 

Bildirilib ki, İncəçay çayından qidalanan və ümumi uzunluğu 7 km olan Tap suvarma kanalını Goranboy Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi texnikaların köməyi ilə bərpa edib, lil və kol-koslardan təmizləyib. Bunun nəticəsində Tapqaraqoyunluda 1 500 hektar əkin sahəsinin suvarılması yaxşılaşıb.

Bundan əlavə, rayon ərazisində suvarma sistemlərinin daha səmərəli işləməsi üçün 986 ədəd subartezian quyusu, 16 nasos stansiyası və ümumi uzunluğu 2277 km olan suvarma kanalları istismara verilib. İl ərzində 1035 subartezian quyusunun nasosları cari təmir edilib, 46 yeni nasos alınaraq quyulara quraşdırılıb.

Bu il rayonda bir sıra əsaslı və cari təmir işlərinin həyata keçirilməsi planlaşdırılır. Bu çərçivədə məhsuldarlığını tamamilə itirmiş 34 subartezian quyusunun əsaslı təmiri üçün layihə-smeta sənədləri hazırlanıb və işlərə başlanacaq. Eyni zamanda, istismar müddətini başa vurmuş Səfikürd nasos stansiyasının I pilləsində 1020 mm-lik boru xəttinin nəzərdə tutulan 9 km-lik hissəsinin 400 metri bu il yenisi ilə əvəz olunacaq.

Bunlarla yanaşı, içməli su təminatının yaxşılaşdırılması məqsədilə 11 kənddə yeni içməli su xətlərinin çəkilməsi, su anbarlarında və boru xətlərində təmir işlərinin aparılması nəzərdə tutulub. Hazırda rayon əhalisinin fasiləsiz içməli su ilə təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Goranboy rayonunda və Murovdağ - Goranboy su kəməri ətrafında yerləşən kəndlərdə abonentlərə 24 saat fasiləsiz içməli su verilir. Əvvəllər Veyisli kəndinin Yeni qəsəbəsinə su günaşırı verilirdisə, hazırda gündəlik təmin edilir. Qazanbulaq qəsəbəsi və Tapqaraqoyunlu kəndində isə əhalinin tələbatına uyğun olaraq su təminatı həyata keçirilir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Fevral 2025 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri