İşğaldan azad edilmiş ərazilərdə yeni məktəblər inşa ediləcək
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
"2030-cu ilə qədər ümumi təhsildə infrastruktur problemlərinin aradan qaldırılması planlaşdırılır".
525.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deyib.
O vurğulayıb ki, 2026–2027-ci tədris ilində 53 məktəbdə tikinti-quraşdırma işləri aparılır: "35 modul məktəbin təhvil verilməsi planımız var. 11 məktəb artıq istifadəyə verilib. Hazırda Elm və Təhsil Nazirliyinin Qarabağ və Şərqi Zəngəzurda 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir”.
O bildirib ki, Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Füzuli və Xocavənddə yeni təhsil müəssisələrinin inşası və quruculuğu həyata keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 13 Noyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















