Icma.az
close
up
RU
İşğaldan azad edilmiş ərazilərdə yeni güzəştlər edildi QƏRAR

İşğaldan azad edilmiş ərazilərdə yeni güzəştlər edildi QƏRAR

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün idxal güzəştlərinin əhatə dairəsi genişləndirilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıq, qurğu, xammal və materialların siyahısına dəyişiklik edilib.

Dəyişikliklə güzəştlərin tətbiq ediləcəyi fəaliyyət sahələrinin siyahısına bir sıra yeni istiqamətlər əlavə olunub.

Belə ki, südlük və digər iribuynuzlu mal-qara və camışların yetişdirilməsi, şirin su hövzələrində balıqyetişdirmə, ət və quş əti emalı, balıq və digər su məhsullarının emalı, yağ və piylərin, süd və pendir məhsullarının istehsalı, fermalarda saxlanılan heyvanlar üçün hazır yemlərin istehsalı və üzümdən şərab istehsalı güzəşt tətbiq edilən fəaliyyət sahələrinə daxil edilib.

Bundan başqa, əczaçılıq məhsullarının istehsalı, müxtəlif plastmas məhsulların, döşəmə, divar və tavan örtüklərinin, şüşə məmulatlarının, bıçaq məmulatlarının və digər hazır metal məhsulların istehsalı da siyahıya əlavə olunub.

Güzəştlərin əhatə etdiyi fəaliyyətlər sırasına həmçinin bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı, elmi tədqiqatlar və işləmələr, kənd təsərrüfatı məhsullarının çeşidlənməsi və qablaşdırılması daxil edilib.

Qərarda qeyd olunur ki, ikinci və üçüncü siyahılar üzrə müəyyən edilmiş texnika, texnoloji avadanlıqlar, qurğular, xammal və materialların idxalına ƏDV və gömrük rüsumu güzəşti yalnız birinci siyahıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə istehsal qurulduğu halda tətbiq ediləcək.

Eyni zamanda, yeni əlavə edilmiş kənd təsərrüfatı istiqamətləri üzrə investisiya layihələrinə güzəştlər yalnız texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı tətbiq ediləcək.

Qərarla idxalı güzəştli şərtlərlə həyata keçirilə bilən malların siyahısına da yeni mövqelər əlavə olunub. Bunlar arasında süni və hazır mumlar, etilen polimerləri, plastmas məmulatlar, qara metallardan zəncirlər və mətbəx məmulatları, alüminium məmulatları, sink məhsulları, müxtəlif mühərrik və qaldırıcı avadanlıqlar, elektrik siqnalizasiya və idarəetmə qurğuları, habelə dəmir yolu və tramvay xətləri üçün avadanlıqlar yer alır.

Qərarla bəzi mallar üzrə mövcud müddəalara dəyişiklik edilib, bir sıra mövqelər isə siyahıdan çıxarılıb.

Redaktor.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Sentyabr 2026 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri