Icma.az
close
up
RU
İşğaldan əvvəl Qarabağda kənd təsərüfatının durumu necə olub?

İşğaldan əvvəl Qarabağda kənd təsərüfatının durumu necə olub?

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən bəri Qarabağ bölgəsinin iqtisadi potensialı tez-tez müzakirə edilir. Özəlliklə işğaldan azad olunan ərazilər hesabına ölkədə kənd təsərrüfatı məhsulu istehsalının artırılmasından söhbət açılır.

Bəs işğaldan öncə həmin ərazilərdə kənd təsərrüfatı istehsalı hansı səviyyədə idi?

Heyvandarlığın durumu

Dövlət Statistika Komitəsinin rəqəmlərindən aydın olur ki, ölkənin kənd təsərrüfatı istehsalında sözügedən bölgənin ən çox paya sahib olduğu sahə ət istehsalıymış. Münaqişə başlanmazdan bir il öncə – 1987-ci ilin məlumatına görə, ətraf rayonlarda (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər) təxminən 15 min ton, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində isə 10 min ton, yəni toplam təxminən 25 min ton kəsilmiş ət istehsal edilib. Həmin il bütün ölkə üzrə bu göstərici 184 min ton olub. Bu o deməkdir ki, Dağlıq Qarabağ və ətraf rayonların ölkənin ət istehsalındakı payı təxminən 15 faizmiş. Ət istehsalı baxımından ilk iki yeri Ağdam və Laçın rayonları tutub.

2019-cu ildə ölkədə ət istehsalının həcmi 335 min 700 tona yaxın olub. Yəni, 32 ildə 82 faiz artıb. Həmin müddər ərzində ölkə əhalisinin sayı isə 6 milyon 800 min nəfərdən 10 milyona yüksəlib. Yəni, 50 faizə yaxın artıb.

Süd istehsalına gəlincə, 1987-ci ildə ətraf rayonlarda 102 min ton, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində isə 57 min 500 ton, toplam 160 min tona yaxın süd istehsal edilib. Yəni, regionun ölkənin süd istehsalındakı payı cəmi 15 faizmiş. Həmin dövrdə süd istehsalı baxımından ən yaxşı göstərici Ağdam (26 min 250 ton) və Füzuli (19 min 500 ton) rayonlarında olub.

2019-cu ilin nəticələrinə görə, ölkədə süd istehsalının həcmi 2 milyon 151 min tona çatıb. Başqa sözlə. 1987-ci illə müqayisədə iki dəfə artıb.

Rəsmi rəqəmlərdən aydın olur ki, 1987-ci ildə ölkədə olan bütün qoyun və keçilərin təxminən 20 faizi, iribuynuzlu mal-qaranınsa təxminən 15 faizi bu ərazilərdə olub:

Bəs bitkiçilik?

Bölgənin ölkə üzrə bitkiçilik məhsulları istehsalındakı payı heyvandarlıqla müqayisədə daha aşağıdır. İşğal olunmuş ərazilərin bitkiçilik məhsulları istehsalına görə ölkə üzrə ən çox paya sahib olduğu istiqamət dənli və dənli-paxlalı bitkilərdir. 1987-ci ilin nəticələrinə görə, ətraf rayonlarda 57 min 900 ton, keçmiş DQMV ərazisində 47 min 100 ton, toplam 105 min tona yaxın dənli və dənli-paxlalı bitki yetişdirilib. Bu baxımdan, bölgənin ölkə üzrə ümumi istehsalda payı 9,4 faiz olub. Məhsulun həcminə görə ən yüksək göstəricilər yenə də Ağdam (24 min 500 ton) və Füzuli (17 min ton) rayonlarında qeydə alınıb. 1987-2019-cu illərdə ölkədə dənli və dənli-paxlalı bitkilərin istehsalı 1 milyon 117 min tondan 3 milyon 558 min tona yüksəlib.

Tərəvəz və bostan bitkiləri istehsalında bölgənin payı o qədər yüksək deyil. 1987-ci ildə bütün ölkə üzrə istehsal edilən 855 min ton tərəvəzin cəmi 10 min 172 tonu işğal olunmuş ərazilərdə yetişdirilib. Yəni, bölgənin ölkə üzrə ümumi istehsalda payı cəmi 1,2 faizmiş. Bölgədə istehsal olunan tərəvəzin 70 faizə yaxını keçmiş DQMV-nin (7 min ton), 30 faizlik hissəsi isə ətraf rayonların payına düşüb. 2019-cu ilin göstəricilərinə görə, ölkədə tərəvəz məhsulları istehsalı 1 milyon 715 min tona yüksəlib.

Bostan məhsullarına gəlincə, 1987-ci ildə ölkə üzrə istehsal olunan 69 min ton məhsulun cəmi 1 min 800 tonu, yəni 2,6 faizi bu ərazilərin payına düşüb. Həmin məhsulun 450 tonu keçmiş muxtar vilayət ərazisində, 1 min 350 tonu isə ətraf rayonlarda istehsal edilib. Bostan məhsullarının istehsalı da, 1987-2019-cu illərdə 69 min tondan 447 min tona yüksəlib.

Bölgədə yetişdirilən daha bir bitki tütün olub. 1987-ci ildə bütün ölkə üzrə yetişdirilən 64 min 800 ton tütünün təxminən 8 faizi (5 min 148 ton) bu ərazidə yetişdirilib. Tütün istehsalı baxımından lider rayonlar Qubadlı və Zəngilan olub. Daha bir diqqətçəkən məqam odur ki, həmin illər ərzində ölkədə tütün istehsalı 10 dəfəyədək azalıb və 2019-cu ildə 6 min tona enib. Bölgə 1987-ci ildə ölkədə istehsal edilən pambığın 2,7 faizini, kartofunsa 0,7 faizini yetişdirib.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azpost.info
archiveBu xəbər 14 İyul 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri